Ünvanlı sosial yardım almaq istəyənlərə ŞAD XƏBƏR

17-02-2016, 23:20
0
Ünvanlı sosial yardım almaq istəyənlərə ŞAD XƏBƏR
Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi ilə bağlı təsdiq edilən yeni qaydalar bu yardımın alınması üçün vətəndaşlara elektron şəkildə müraciət etmək imkanı verir.
 
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev bildirib.
 
Onun sözlərinə görə, prezidentin 23 fevral 2015-ci il tarixli fərmanına əsasən, nazirlik tərəfindən ünvanlı dövlət sosial yardımı sistemininin avtomatlaşdırılmış icra mexanizminin yaradılması üçün mükəmməl proqram təminatları əsasında Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) yaradılıb. 
 
Yeni qaydalara əsasən, ailələri təmsil edən şəxslərin ünvanlı dövlət sosial yardımının alınması üçün e-müraciətləri də VEMTAS tərəfindən qəbul ediləcək. Müraciətlərə baxılması üçün ailələrə dair məlumatlar "Elektron hökumət" portalı üzərindən aidiyyəti qurumların informasiya resurslarından elektron qaydada əldə ediləcək və məlumatlar ümumiləşdirilərək təhlil olunduqdan sonra sosial yardımların təyinatı da avtomatlaşdırılmış şəraitdə həyata keçiriləcək.
 
Bu qaydaların tətbiqi ilə bağlı nazirlik əməkdaşlarına seminarlar keçirilir. Təlim-seminarlardan sonra test tapşırıqlar əsasında iştirakçıların bilik və bacarıq səviyyələrinin yoxlanılması işləri aparılıb.
 
Qeyd edək ki "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları" Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilib.
скачать dle 12.1
Xəbər lenti