«Google» şirkəti «Wi-Fi» siqnalını gücləndirən "ağıllı" router təqdim edib

29-10-2015, 13:24
0
«Google» şirkəti «Wi-Fi» siqnalını gücləndirən "ağıllı" router təqdim edib
«Google» şirkəti «Asus» elektronika istehsalçısı ilə birgə seçilmiş qurğu üçün siqnalın gücləndirilməsi funksiyasına malik «OnHub» "ağıllı" routerinin ikinci nəslini təqdim ediblər.
 
«Google» şirkətinin nümayəndəsi bildirib ki, seçilmiş qurğu üçün «Wi-Fi» siqnalını gücləndirmək üçün əli «Asus OnHub» qurğusunun üzərinə yaxınlaşdırmaq lazımdır. Qurğunu idarə etmək üçün «iOS» platforması ilə işləyən smartfon və ya «Google On App» tətbiqi quraşdırılmış «Android» əsaslı smartfon lazım olacaq.
 
Sözügedən qurğu cari ilin noyabrında 219,99 dollar qiymətinə satışa çıxarılacaq.
скачать dle 12.1
Xəbər lenti