Facebook siqaret və yuxudan vacibmiş - ARAŞDIRMA

26-11-2015, 14:33
0
Facebook siqaret və yuxudan vacibmiş - ARAŞDIRMA
Türk Toraks Cəmiyyəti apardığı bir araşdırmaya görə, 7 gün sosial mediaya girməyinə icazə verilməyən insanlardakı istək siqaret, içki və yuxudan daha güclüdür. Mobil telefonlardan da əlçatan olan sosial medianın artıq həyatımızın ayrılmaz hissəsinə çevrildiyi qeyd edilib.
 
Mərkəz  internet və sosialmedianın həyatımızda çox böyük yer tutduğunu vurğulamış, dünyada internet istifadəçilərinin sayının 3 milyardı keçdiyini, 2 milyard insanın sosial mediadan istifadə etdiyini, Facebook istifadəçi sayının 1,5 milyarda, Twitter istifadəçilərinin 320 milyona çatdığıni bildirmişdir.  
 
Bununla belə, internet və medianın sağlamlıq haqqında məlumata ehtiyac duyulduqda ilk müraciət edildiyi mənbəyə çevrildiyi də qeyd olunub.
 
ABŞ-da xroniki xəstəliklərlə bağlı 1200 Facebook səhifəsinin olduğu və xroniki xəstələrin 75%-nin internetə bu haqda məlumat əldə etmək üçün müraciət etdiyi bildirilib.
 
İspaniyadakı bir araşdırma da xəstələrin 90%-nin  həkimə getməzdən əvvəl  internetdə araşdırma apardığını meydana çıxarıb.
 
İnternet və sosial medianın inkişaf etdiyi bu dövrdə internet və sosial mediadan əldə olunan sağlamlıq məlumatlarının böyük hissəsinin kifayət etmədiyi və etibarlı olmadığı, buna görə ilk olaraq belə məlumatların hansı saytdan əldə olunduğuna diqqət etməyin vacibliyi vurğulanıb
скачать dle 12.1
Xəbər lenti