WhatsApp bu telefonlarda işləməyəcək

1-03-2016, 13:44
0
WhatsApp bu telefonlarda işləməyəcək


Cavabları eşidəndə adam bilmir gülsün, yoxsa ağlasın.

 

WhatsApp messenceri BlackBerry, Android və Nokia-nın bir sıra əməliyyat sistemlərində işləməyəcək.
 
2009-cu ildə Yahoo-nun keçmiş əməkdaşları WhatsApp messencerini təqdim etdikləri zaman ilk HTC Dream Android smartfonu satışa çıxarılırdı, Nokia və sonradan adını BlackBerry-yə dəyişən  RIM isə o zaman "ağıllı" telefonlar arasındakı liderliklərini tez bir zamanda əldən verəcəklərini gözləmirdilər. Yeni mesajlaşma xidmətinin baniləri bu proqramın bütün məşhur platformalarda işləməsini təmin etməyə çalışıblar, lakin son yeddi ildə mobil telefonlar bazarında bir çox dəyişikliklər baş verib. 
 
 
Artıq WhatsApp köhnə və az istifadə olunan sistemlərdə işləməyəcək. Bu sıraya BlackBerry OS (BB10 daxil olmaqla bütün versiyalar), Nokia S40, Symbian S60, Android 2.1, Android 2.2 və Windows Phone 7.1 əməliyyat sistemləri daxildir. Mesencer Google, Apple və Microsoft şirkətlərinin ən çox istifadə edilən platformalarına üstünlük verəcək. 
 
İstehsalçıların sözlərinə görə, köhnə qurğular WhatsApp-a zamanla əlavə olunacaq yeni funksiyaları reallaşdırmağa imkan vermir. Məsələn, Symbian və Nokia telefonları üçün olan proqram artıq səsli zəngləri dəstəkləmir.
 
Messencer üç ən məşhur platformada istifadə olunacaq: Gartner, Android, iOS və Windows Phone. Son hesablamalara görə, smartfon bazarının  99.5%-ni onlar idarə edir.
 
Şirkət bu dəyişikliyin  2016-cı ilin sonunadək həyata keçiriləcəyini bildirir. 
 
Yaxın vaxtlarda isə WhatsApp videozəngləri işə salmağı planlaşdırır.
скачать dle 12.1
Xəbər lenti