“Facebook”un xalis mənfəəti 10,2 milyard dollara çatıb

2-02-2017, 16:10
0
“Facebook”un xalis mənfəəti 10,2 milyard dollara çatıb
2016-cı ilin yekunları üzrə “Facebook”un xalis mənfəəti təqribən 18 faiz artaraq 10,2 milyard dollara çatıb.
Bu barədə şirkətin məlumatında bildirilir.
Şirkətin mədaxili 54 faiz artaraq 27,6 mlrd. dollara çatıb, o cümlədən reklam gəlirləri 57 faiz artaraq 26,9 mlrd. dollar təşkil edib.
Ötən ilin IV rübündə “Facebook”un xalis mənfəəti təqribən 13 faiz artaraq 3,6 mlrd. dollar, mədaxili 51 faiz artaraq 8,8 mlrd. dollar, o cümlədən reklam gəlirləri 53 faiz artaraq 8,6 mlrd. dollar təşkil edib.
“2016-cı il bizim biznesimiz üçün yaxşı oldu, lakin biz insanları bir-birinə daha da yaxınlaşdırmaq üçün hələ çox iş görməliyik”, – deyə şirkətin təsisçisi və rəhbəri Mark Zukerberq bildirib.
скачать dle 12.1
Xəbər lenti