“WhatsApp”da YENİLİK: Məlumatlarda göndərənin imzası olacaq

9-06-2022, 23:47
5220
“WhatsApp”da YENİLİK: Məlumatlarda göndərənin imzası olacaq

“WhatsApp” messencerinin biznes versiyasında gedən mesajlarda məlumatlar göndərənin imzası ilə görünəcək.

Musavat.com "Oxu.az"a istinadən xəbər verir ki, cümə axşamından etibarən gedən mesajların müəllifi haqqında əlavə məlumat “Android”, iOS və fərdi kompüterlər üçün “WhatsApp for Business” proqramının beta versiyasının istifadəçiləri üçün əlçatan olacaq.

Funksiyanın bir neçə profili olan ümumi hesab sahibləri üçün faydalı olacağı bildirilir.

Göndərən barədə məlumat digər istifadəçilərlə paylaşılmayacaq. Bu funksiya standart “WhatsApp” hesablarında mövcud olmayacaq.


Xəbər lenti