“YouTube” mükəmməl funksiyanı işə saldı

26-02-2023, 17:00
7 987
“YouTube” mükəmməl funksiyanı işə saldı

“YouTube” platforması məzmun yaradıcılarına müxtəlif dillərdə audio trekləri yükləməyə imkan verəcək “dublyajlı video” funksiyasını təqdim edib.

Belə ki, video yükləndikdən sonra tamaşaçılar eyni menyudan fərqli audio treki seçə biləcəklər. Ayarlardan subtitrlər və ya səs keyfiyyəti kimi digər seçimləri də tənzimləmək mümkün olacaq. Bu funksiya ilk öncə “YouTube”un uzun məzmunu üçün dəstəklənəcək, lakin şirkət artıq qısa videolar üçün də bu funksiyanı sınaqdan keçirdiyini bildirib.

Videonun audio trekini fərdiləşdirmək imkanı bütün dünyada masaüstü kompüterlərdə, mobil cihazlarda, planşetlərdə və televizorlarda “YouTube”da mövcud olacaq. Şirkət əvvəllər bu funksiyanı yaradıcı “MrBeast” ilə sınaqdan keçirib. Təcrübə yaxşı nəticələr göstərdikdən sonra platforma bu funksiyanı daha çox bloqerə açıb.

Hesab edilir ki, bu, müəlliflərə öz auditoriyasını genişləndirməyə kömək edəcək.

скачать dle 12.1
Xəbər lenti