Rekord sayda rusiyalı ABŞ-a köçmək istəyir

17-10-2015, 17:05
0
Rekord sayda rusiyalı ABŞ-a köçmək istəyir

2015-ci ildə ABŞ-da yaşamaq üçün rekord sayda rusiyalı müraciət edib. Belə ki, 4 min qrin-karta 265 min Rusiya vətəndaşı iddialıdır. 75 min rusiyalı isə Avropada yaşamaq hüququ əldə ediblər. Bu barədə Bloomberg məlumat yayıb. Ötən il 245 638 rusiyalı ABŞ ərazisində müvəqqəti yaşayış hüququ verən viza əldə edib. Bu da 10 il əvvəlkindən iki dəfə çoxdur. 2014-cü ildə 3622 min rusiyalı ailə vəziyyətinə və digər səbəblərə görə ABŞ-da daimi yaşamaq üçün icazə alıb. 56 nəfər 500 min dollardan artıq investisiya yatırdığından viza ala bilib.
Bloomberg-in məlumatına görə, ötən il Avropa Birliyi ölkələrində və İsveçrədə 75,3 min rusiyalıya yaşamaq hüququ verilib. Bu da 2010-cu illə müqayisədə 10% çoxdur. Rusiyalılar daha çox Britaniya, Almaniya və İspaniyada yaşamağa üstünlük verir. Bunda əlavə, son 5 ildə İsrail vətəndaşlığı almaq üçün müraciət edənlərin sayı 30% artıb.
Qeyd edək ki, Rusiyada ciddi antiQərb kampaniyası gedir. Lakin bu Qərbə axının qarşısını ala bilmir.

скачать dle 12.1
Xəbər lenti