Eldar Sabiroğlunun müstəntiq oğlu aclığa başladı

22-12-2015, 15:27
0
Eldar Sabiroğlunun müstəntiq oğlu aclığa başladı
“Bundan sonra susacağam, mənə sual verməyin”
 
Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəhbəri, eks millət vəkili Eldar Sabiroğlunun prokurorluq orqanlarından istefa verərək müxalifətə keçdiyini bəyan edən oğlu Rüfət Səfərovun mənzilində axtarış aparılması, əmlakının müsadirə edilməsi barədə xəbər vermişdik.  
 
Bu saatlarda musavat.org-un əməkdaşı ilə əlaqə saxlayan R.Səfərov bildirdi ki, bu saatdan etibarən aclıq aksiyasına başlayır. Müsahibimizin sözlərinə görə, evində və iş yerində aparılan axtarış, bu zaman yol verilən qanunsuzluqlar ona çox pis təsir edib. Təzyiqinin qalxdığını bildirən R.Səfərov “sabah məni saxlasalar da, müqavimət göstərə bilməyəcəyəm”,  deyib: “Hələ ki oturmuşam yerimdə. Sabah millətimə və cənab prezidentə müraciət edəcəyəm. Barəmdə alçaldıcı formada nəsə deyilsə belə, susacağam və cavab verməyəcəyəm. Etirazımı aclıq aksiyası keçirməklə ifadə edəcəyəm. Ölkədəki bütün media mənsublarına 48 saat ərzində  mənə verdikləri informasiya dəstəyinə görə təşəkkür edirəm. Amma bəyan edirəm ki, bundan sonra zəng edib və ya sosial şəbəkədəki profilimə yazıb mənə suallar verməsinlər. Kimsə əyani surətdə məni görmək istəyirsə, Zərdabdayam”. 
 
Müsahibimiz musavat.org vasitəsilə bu məsələ ilə maraqlananlara da müraciət etdi: “Kim mənimlə maraqlanır, Zərdabdayam. Burdan onu da deyirəm ki, bir neçə saat öncəyə qədər Zərdabda müstəntiq idim. Məhkəmənin qərarı olmadan gəlib hər yerdə axtarış apardılar. Sabah səhər nələr olacaq, bundan sonra nələr edəcəklər, bilmirəm. Aclığa başladım. Allah nə qədər imkan verəcək, yaşayacağam”. 
скачать dle 12.1
Xəbər lenti