Yunusların işindən kassasiya şikayəti verilib

2-02-2016, 17:18
0
Yunusların işindən kassasiya şikayəti verilib

Şikayətdə cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi və xüsusi müsadirənin ləğv edilməsi tələb edilib

Leyla Yunus və Arif Yunus barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 9 dekabr 2015-ci il tarixli apellyasiya şikayətinə yekun baxış iclasının qərarından kassasiya şikayəti verilib.

Bu barədə vəkil Elçin Sadıqov öz Facebook səhifəsində yazıb.

Vəkil hesab edir ki, Leyla Yunus və Arif Yunus əsassız və qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilib və məhkum ediliblər. Kassasiya şikayətində bu qanunsuzluqla ətraflı əsalandırılaraq cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi və xüsusi müsadirənin ləğv edilməsi tələb edilib.

Leyla və Arif Yunuslar Cinayət Məcəlləsinin 178.3.2-ci və digər maddələrinə əsasən ittiham olunublar. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci tarixli hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə həmçinin onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi öz əksini tapıb. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər.

Bakı Apellyasiya Məhkəməsinin 2015-ci il noyabrın 12-də keçirilən prosesində isə Arif Yunusun barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib, ondan başqa yerə getməməklə bağlı iltizam alıb. Bundan sonra A. Yunus məhkəmə zalından azadlığa buraxılıb.

2015-ci il dekabrın 9-da isə apellyasiya şikayəti üzrə qərar elan edilib. Qərara əsasən Leyla Yunus barəsində təyin olunan 8 il 6 ay, Arif Yunus barəsində isə təyin olunan 7 il müddətində azadlıqdan məhrum etmə cəzası 5 il sınaq müddəti təyin olunmaqla şərti hesab edilib. Leyla Yunus məhkəmə zalından azadlığa buraxılıb.

скачать dle 12.1
Xəbər lenti