“Bir ay gecikməyə görə bank əməkdaşları məni təhqir edir”

12-04-2016, 11:28
0
“Bir ay gecikməyə görə bank əməkdaşları məni təhqir edir”

Samir Zeynalov: «Mənə zəng edib hədələyirlər, hərbə-zorba xarakterli ifadələr işlədirlər»

Son dövrlərdə məhkəmələrdə baxılan mülki işlərin böyük bir qismini banklarla müştərilər arasındakı mübahisələr təşkil edir. Elə “Azadlıq”ın redaksiyasına da bu qəbildən olan şikayətlərin sayı artıb. Vətəndaş Samir Zeynalov “Azadlıq”a məktubunda “Unibank”dan, daha doğrusu, bankın problemli kreditlər şöbəsinin əməkdaşlarının etik normaları aşan ağlasığmaz hərəkətlərindən şikayətlənir:

“Mən 2015-ci il sentyabrın 11-də həmin bankdan 700 manat məbləğində kredit götürmüşəm. Buna görə də 67 manat məbləğində aylıq kredit ödənişlərimi sabit və daha tez şəkildə mart ayına qədər həyata keçirmişəm. Hazırda isə banka 397 manat borcum var. Lakin sosial-iqtisadi böhran şəraitində həqiqətən çalışdığım müəssisədə iş saatlarının azaldılması və ortaya çıxan digər maddi-mənəvi problemlər ucbatından kredit ödənişlərim üzrə 57 gün gecikməyə yol vermişəm. Bank qarşısında öz məsuliyyətimi dərk edərək dəfələrlə bu problemlərlə əlaqədar tədbir görməyə çalışmışam, amma heç bir müsbət nəticə hasil olmayıb. Bütün bunların nəticəsi olaraq, problemli kreditlər şöbəsindən mənə zəng edib hədələyirlər, hərbə-zorba xarakterli ifadələr işlədirlər. Özünü bankın əməkdaşı kimi təqdim edən şəxsdən ismini soruşduqda mənimlə kobud və qeyri-etik danışıb, sualın cavabında mənə ”yaxşı edirəm” deyir. Mən bu məsələni araşdırmaq məqsədilə 16:30 radələrində bankın problemli kreditlər şöbəsində olanda şöbənin əməkdaşları gözlənilməz bir şəkildə mənə qarşı kobud davrandılar, təhqiramiz ifadələr səsləndirdilər. Məsələni aydınlaşdırmaq, baş verən insidentdə kompromis əldə etmək məqsədilə rəhbərliklə ünsiyyətdə olsam da, gözlənilən nəticə əldə edilmədi.

Mən məsələnin həllinin hüquq-mühafizə orqanlarının ixtiyarına buraxılmasını məqsədəuyğun hesab edirəm.ÿBöhranlı vəziyyətdə olan sosial düşərgənin bu kimi yersiz mühakimələrə, təhqirlərə, təzyiqlərə məruz qalması yolverilməz və bağışlanmazdır”.

скачать dle 12.1
Xəbər lenti