Dronlar poçtalyona çevrilir VİDEO

23-04-2016, 12:44
0
Dronlar poçtalyona çevrilir VİDEO

Poçt bağlamaları əlil və yaşlı insanlara elə qapısındaca çatdırılacaq

Mühəndislər pilotsuz uçuş aparatlarını – dronları poçt xidmətinə çevirmək istəyirlər. Avstraliyanın poçt xidməti artıq dronları bu məqsədlə sınaqdan keçirməyə başlayıb. Poçt bağlamalarının dronlarla qapıya çatdırılması fiziki imkanları məhdud və yaşlı insanlara daha çox faydalı olacaq. “ARI Labs” şirkəti prosesi insan əməyinə ehtiyac duyulmayacaq qədər avtomatlaşdırmaq istəyir.

Poçt dronlarını hazırlayan “ARI Labs” şirkəti bildirir ki, pilotsuz təyyarəciklər kamera, qəza paraşütü, xəbərdarlıq işığı və səs siqnalları ilə təchiz ediləcək.

Yerüstü yönəltmə stansiyası uçan poçtalyonlarla daim əlaqə yaradacaq. Beləcə, mühəndislər uçuşun bütün parametrlərini izləyə biləcəklər.

скачать dle 12.1
Xəbər lenti