Kişilərdə qadınları cəlb edən 11 cəhət

18-05-2016, 15:46
0
Kişilərdə qadınları cəlb edən 11 cəhət

“The İndependent” qəzeti bir neçə elmi jurnalda dərc olunmuş məqalələrinin əsasında klişiləri qadınlar üçün cəlbedici edən 11 əlamət tapıb.

1) Məqalədə deyilir ki, yaraşıqlı zahiri görünüş cəlbediciliyin faktorlarındandır, lakin sizin düşündüyünüz kimi heç də ən mühüm faktor deyildir. Qadınlar yaraşıqlı kişiləri qısamüddətli əyləncvə üçün seçirlər.

2) Əvəzində incə yumor hissi kişiləri daha ağıllı göstərməklə daha cəlbedici edir.

3) Uzunmüddətli münasibətlər üçün qadınlar “yaxşılıq” edən fədakar və təmənnasız kişiləri seçirlər.

4) Adətən varlı kişilərin qadınları cəlb etdiyi söylənir. Araşdırmalar doğrudan da qadınların bahalı avtomobillərin və ya evlərin yanında şəkil çəkdirən kişilərə meylləndiyini göstərir.

5) Gənc qadınların özlərindən yaşlı kişilərə meyl etməsinin də elmi əsasları var. Yaşlı kişilərin yaşayış üçün daha böyük resurslara malik olduğuna inanılır.

6) Araşdırmalar göstərib ki, bığ və saqqalın mənfi və müsbət təsiri ola bilər. Yəni bu, hər bir qadın üçün tamamilə şəxsi seçimdir. Saqqal və bığı xoşlayan qadınlar da var, zəhləsi gedənlər də…

7) Məqalədə deyilir ki, bəzi köhnə tədqiqatlara görə adamlar çox vaxt onları sevənləri sevirlər, amma son tədiqatlar bunun əksini göstərir. Əlçatmazlıq və ələdüşməzlik kişilərin cazibəsini artırır.

8) Bəzi kiçik tədqiqatlar qadınların iti olan kişilərə daha yaxşı münasibət göstərdiklərini aşkar edib. Amma bu da daha çox şəxsi zövqlərlə bağlı məsələdir.

9) Sürətli tanışlıq sessiyalarında qadınların daha çox diqqətli, qayğıkeş və qınaqsız kişilərə cəlb olunduğu müşahidə edilib.

10) Tədqiqatlardan birinin gəldiyi nəticələrə görə qadınlar qırmızı geyinən kişiləri daha çox xoşlayırlar.

11) Və nəhayət bütün dünyada qadınlar qəhrəmanlıq göstərən, riskə girən kişiləri yüksək qiymətləndirirlər. “Bura adamların həyatını xilas etmək, ov etmək və “odla oynamaq” daxildir” – yazır qəzet.

скачать dle 12.1
Xəbər lenti