Ayətullah Həmədani qonaqpərvərliyə görə Azərbaycana təşəkkür etdi

9-09-2015, 18:03
0
Ayətullah Həmədani qonaqpərvərliyə görə Azərbaycana təşəkkür etdi
İranın mərcəyi-təqlid alimlərindən olan Ayətullahil-üzma Şeyx Hüseyn Nuri Həmədani Bakıdan vətənə qayıtdıqdan sonra İran Ali Dini Liderinin Azərbaycan Respublikasındakı nümayəndəsi Höccətül-İslam vəl-Müslimin Seyid Əli Əkbər Ocaqnejada xüsusi bir məktub yollayaraq Azərbaycan xalqına, QMİ sədri Şeyxülislam Allahşükür Paşazadəyə və İranın Azərbaycandakı səfiri Möhsün Pakayinə qonaqpərvərliyinə görə öz minnətdarlığını bildirib.
 
İran səfirliyinin mətbuat xidmətindən FaktXəbər-ə daxil olan məlumatda bildirilir ki, o, öz məktubunun bir hissəsində belə yazıb: “Allaha həmd olsun ki, sizin və cənab Şeyxülislamın vücudu ilə nurlanmış ölkəyə (Azərbaycana) səfərim Allah-taalanın müvəffəqiyyəti ilə həyata keçdi.
 
Öz varlığı ilə İslam və pak Əhli-Beytə olan eşqini, məhəbbətini nümayiş etdirən dindar və Əhli-Beyt sevər bir xalqla görüşün mənə nəsib olduğuna görə Allaha şükür edirəm.
 
Bu münasibətlə sizə və cənab Şeyxülislama, həmçinin İranın Azərbaycandakı möhtərəm səfiri və bütün hörmətli Azərbaycan xalqına göstərdikləri və hər zaman yadımda qalacaq məhəbbət, lütfkarlıq və qonaqpərvərliyə görə öz təşəkkürümü bildirməyi lazım sayıram.”
скачать dle 12.1
Xəbər lenti