“Əliyevin şəklinin manata vurulması rüsvayçılıq olardı”

15-10-2016, 15:43
0
“Əliyevin şəklinin manata vurulması rüsvayçılıq olardı”

Oktyabrın 14-də Milli Məclisin iclasında ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, Azərbaycan milli valyutasının üzərində Heydər Əliyevin şəkli olmalıdır. O, fikrini belə əsaslandırıb:

“Dünyanın bir neçə ölkəsində bu ənənə var. Heydər Əliyevin adı hər yerdə olmalıdır”.

AXCP sədri Əli Kərimli isə Azadlıq Radiosuna açıqlamasında hökuməti “avantürist addımdan” çəkinməyə çağırıb:

“Vaxtilə Azərbaycanın milli valyutası Rəsulzadənin şəkilləri ilə çap olunub. Bu, məntiqlidir. Bir sıra ölkələrdə milli valyutanın üzərində ölkənin qurucusunun şəkli var. Bu hakimiyyət bir zamanlar təbliğat apardı ki, manatın üstündə heç kimin şəkli olmamalıdır. Bu bəhanəylə pul vahidlərinin üstündən Rəsulzadənin şəklini götürdülər. İndi Heydər Əliyevin şəklini manata vursalar, bu, sadəcə, biabırçılıq olacaq”.

Azərbaycan 1991-ci ildə müstəqillik qazanandan sonra ilk dövrdə milli valyutanın üzərində Cümhuriyyətinin Qurucusu Məmməd Əmin Rəsulzadənin şəkli əksini tapmışdı.

2000-ci illər başlanandan bəri Rəsulzadənin şəkli olan min manatlıqlar tədricən dövriyyədən yığışdırıldı və milli əskinaslardan neft buruqları “boylandı”.

скачать dle 12.1
Xəbər lenti