Sabah bəzi ərazilərdə şimşək çaxacaq, yağış yağacaq

10-09-2015, 18:28
0
Sabah bəzi ərazilərdə şimşək çaxacaq, yağış yağacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sentyabrın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək.
 
Abşeron yarımadasında havanın temperaturu gecə 20-24, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir. Bakıda gecə 22-24, gündüz 29-31 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacaq, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək, arabir güclənəcək.
 
Havanın temperaturu gecə 19-24, gündüz 31-36, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq.
скачать dle 12.1
Xəbər lenti