Netanyahu: “İranın nüvə proqramına dair razılaşmanı pozmağa çalışacağam”

12-12-2016, 11:59
0
Netanyahu: “İranın nüvə proqramına dair razılaşmanı pozmağa çalışacağam”

İsrailin baş naziri Benyamin Netanyahu İranla qərb dövlətləri arasında nüvə proqramına dair əldə olunan razılığı pozmağa çalışacağını bəyan edib.

BBC-nin verdiyi məlumata görə, o, məsələ ilə bağlı ABŞ-ın yeni rezidenti Donald Trampla danışacağını bildirib.

İsrail hökumət başçısının qənaətinə görə, adıçəkilən razılaşmanın pozulması üçün əlində ən azı 5 variantı var. O, həmçinin əlavə edib ki, İsraillə ABŞ-ın hazırkı prezidenti Barak Obama arasında bir sıra fikir ayrılıqları olub. Bunlardan ən əsası İranın nüvə proqramına dair razılaşmadır.

Qeyd edək, ötən həftə İran prezidenti Həsən Ruhani D. Trampa İranla qərb dövlətləri arasında nüvə proqramına dair əldə olunan razılığı pozmağa imkan verməyəcəyini açıqlayıb.

Yada salaq ki, D. Tramp özünün seçkiqabağı kampaniyasında tərəfdaşları qarşısında çıxış edərkən İranın nüvə proqramına dair razılaşmanı “bütün zamanların ən pis razılaşması” adlandırmışdı.

Nüvə razılaşmasına əsasən, rəsmi Tehran nüvə silahının hazırlanmasına dair bütün işləri dayandırır və nüvə yanacağının böyük bir hissəsini məhv edir. Bundan əlavə, İran nüvə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) ekspertlərini öz nüvə obyektlərinə buraxmalıdır. Əvəzində isə qərb dövlətləri İrana qarşı tətbiq olunan sanksiyaları aradan qaldırır.

 

скачать dle 12.1
Xəbər lenti