Astan Şahverdiyev: “Qardaşım oğlu qələt edir”

26-12-2016, 19:38
0
Astan Şahverdiyev: “Qardaşım oğlu qələt edir”
Millət vəkili Astan Şahverdiyev qardaşı oğlunun açıqlamasına münasibət bildirib.
A. Şahverdiyev “Qafqazinfo” ya deyib ki, Nemət Şahverdiyevin dedikləri yalandır: “O qələt edib, belə danışıb. Kimdir ki o? Nə olsun ki, mənim qardaşım oğludur? Dedikləri yalandır.
Mən intervyü verəndə yanımda başqa adamlar da olub. Atası da məni tənbeh etməyib. Amma ola bilsin ki, oğluna nəsə deyib. Ancaq onun dediklərinə fikir vermək lazım deyil. O uşağın psixoloji durumunda problemlər var”.
скачать dle 12.1
Xəbər lenti