Polislər qəzaya düşdü: 4 yaralı

13-09-2015, 16:18
0
Polislər qəzaya düşdü: 4 yaralı

Xəsarət alanlardan ikisi bacanaq, digər ikisi isə polis əməkdaşıdır

Balakəndə ağır yol-nəqliyyat hadisəsi baş verib. Rayon sakini 1985-ci il təvəllüdlü Şahin Zahid oğlu Bodurovun idarə etdiyi “VAZ” markalı 08-BB-446 dövlət nömrə nişanlı minik avtomobili ilə polis əməkdaşı olan 1988-cı il təvəllüdlü Vüqar Abbas oğlu Rüstəmovun idarə etdiyi “VAZ 21074” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində Şahin Bodurov, onun bacanağı – 1988-ci il təvəllüdlü Teyman Elşən oğlu Əlimərdanov, və digər maşının sürücüsü Vüqar Rüstəmov və onun sərnişini-polis əməkdaşı, 1981-ci il təvəllüdlü Hidayət Yusif oğlu Yusifov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.
Xəstəxanadan bildirdilər ki, Şahin Bodurov və Teyman Əlimərdanov xəstəxananın cərrahiyə şöbəsinə yerləşdiriliblər və Ş. Bodurovun üzərində cərrahiyyə əməliyyatı aparılıb. Vüqar Rüstəmov isə müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.
Hidayət Yusifova ilkin tibbi yardım göstərildikdən sonra o evə buraxılıb.
Faktla bağlı Balakən rayon polis idarəsində araşdırma aparılır.

скачать dle 12.1
Xəbər lenti