“İdman ölkəsi”nin xəbər başlıqları

30-04-2018, 18:59
7 207
“İdman ölkəsi”nin xəbər başlıqları

Bir çox ölkələrin yiyə durmadığı yarışlara Azərbaycan böyük həvəslə, həm də yüz milyonlarla manat büdcə vəsaiti xərcləməklə ev sahibliyi edir. AzTV-lər elliklə bu yarışlardan, onların ölkəmiz üçün önəmindən danışır. Bu yarışların Azərbaycanı dünyada tanıtmaq baxımından böyük uğur kimi dəyərləndirir və bunun əsasının “…tərəfindən qoyulduğunu… tərəfindən uğurla davam etdirildiyini” deyirlər. Telekanalların başlıca işlərindən biri də Bakıya bu yarışlara baxmağa gələn turistləri danışdırmaq, onlardan “Bakının gözəlliyi” haqqında fikir qopartmaqdır. Bu alınmasa belə tərcümə vasitəsilə problemi yoluna qoymaqdır. Avropa oyunları vaxtı yerli sakini xarici turist kimi təqdim etmək təcrübəsi də, yəqin, heç vaxt unudulmayacaq. Sizə təqdim etdiyimiz bu xəbər başlıqları Azərbaycanda idmanın hansı ağıl və məntiqlə təbliğ olunmasının örnəyidir. Bunlar yalnız bir saytda gedən xəbərlərdir. Tanış olun:

  • Prezident İlham Əliyev: Biz çox şadıq ki, dünya əhəmiyyətli tədbir olan Formula 1 üçüncü dəfə Bakıda keçirilir
  • Azarkeş: Bakıda tamaşaçılar gimnastlara böyük dəstək verirlər
  • Mariana Vasileva: Xoşbəxtəm ki, Azərbaycanın yığması nəhayət ki, doğma arenada medal qazandı
  • Rumıniyalı diplomat: Azərbaycan idman turnirlərinin təşkilində liderdir
  • Azarkeş: Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda təşkilatçılıq yüksək səviyyədədir
  • Tamaşaçı: Uşaqlar Bakıda bədii gimnastika üzrə Dünya Kubokunu böyük maraqla izləyirlər
  • Bolqarıstan idmançısı: Azərbaycan Gimnastika Federasiyası çox gözəl yarış təşkil edib
  • Azarkeş: Bakıda Dünya Kubokunda gimnastların çıxışından zövq alıram
  • Ukrayna idmançısı: Azərbaycan Gimnastika Federasiyasında peşəkarlar çalışır
  • Yeni Zelandiya gimnastı: Dünya Kubokunun təşkili möhtəşəm təəssürat yaradır
  • Tamaşaçı: Azərbaycan gimnastlarına uğurlar arzu edirəm
  • Finlandiya gimnastı: Bakı Milli Gimnastika Arenası möhtəşəmdir
  • İtaliya gimnastı: Dünya Kubokunun təşkilatçılıq səviyyəsi çox yüksəkdir
  • Tamaşaçı: Bakıda bədii gimnastika üzrə Dünya Kuboku layiqincə təşkil olunub
  • Azərbaycan gimnastı: İnanılmaz hisslər keçirirəm
  • Yusuf Məmmədəliyev: Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında gimnastika növləri sürətlə inkişaf edir
  • Türkiyə idmançısı: Bakıda heyranedici gimnastika arenası var
  • Tamaşaçı: Bədii gimnastika üzrə Dünya Kuboku çox maraqlı keçir
  • Polşa gimnastı: Bakıda gimnastlar üçün şərait möhtəşəmdir
  • Bolqarıstanın müvəqqəti işlər vəkili: Bakıdakı gimnastika arenası unikaldır
  • Özbəkistan təmsilçisi: Azərbaycan Gimnastika Federasiyasının yaratdığı şərait idmançılara öz çıxışlarına fokuslanmağa imkan verir
  • Fernando Alonso: Bakı trasında avtomobil idarə etmək rahatdır
  • Tamaşaçı: Biz həmişə Milli Gimnastika Arenasına məmnuniyyətlə gəlirik
  • Amerikalı gimnast: Bakıda gimnastika yarışları üçün əla mühit var
  • Tamaşaçı: Azərbaycanlı gimnastlara Dünya Kubokunda yüksək nəticələr əldə etməyi arzulayıram
  • Belarus gimnastı: Azərbaycan gimnastlarının məşqləri üçün əla şərait var
  • Formula 2 qalibi: Bakı məni məyus etmədi
  • Tamaşaçı: Azərbaycan gimnastlarına yalnız qələbə arzu edirəm
  • Fin idmançı: Azərbaycan Gimnastika Federasiyası hər il yarışlarda ən yüksək təşkilatçılıq səviyyəsi nümayiş etdirir
  • Berni Ekklstoun: Azərbaycan elə ölkələrdəndir ki, orada Qran Prini heç vaxt buraxmıram
  • Tamaşaçı: Bu cür idman yarışlarının keçirilməsi idmançıları gələcək uğurlara ruhlandırır
  • İspaniya gimnastı: İdmançılar üçün Azərbaycanda çıxış etmək böyük şərəfdir
  • Tamaşaçı: Azərbaycan gimnastları ən yaxşılardır
  • Britaniyalı turist: Bakı Formula 1 tarixində ən yaxşı yürüş meydanlarından biridir
  • Rusiyalı turist: Bakı Formula 1-in bütün qonaqlarını mehriban qarşılayır
  • Qazaxıstanlı turist: Gözəl Bakıda Formula 1-in təşkilatçılıq səviyyəsi yüksəkdir
  • Rusiyalı gimnast: Bakı Milli Gimnastika Arenası qüsursuzdur
  • Tamaşaçı Bakıda keçirilən Dünya Kubokunun təşkili haqqında: Biz məmnunuq
  • Britaniyalı turist: Bakıda Formula 1 yarışlarının təşkili ildən-ilə daha da yaxşılaşır
  • Moldova idmançısı: Azərbaycan Gimnastika Federasiyası beynəlxalq yarışların təşkilinə ciddi və məsuliyyətli yanaşır
  • Sloveniyalı qimnast: Azərbaycan Gimnastika Federasiyası gimnastika yarışlarını əla təşkil edir
  • Tamaşaçı: Bakıda Dünya Kuboku yarışlarının təşkili çox gözəldir, zal əladır
  • Rusiyalı şərhçi: Bakı trası rəqabət, təhlükə və gözlənilməz anlar deməkdir
скачать dle 12.1
Xəbər lenti