İlham Əliyev hakimiyyətini qeyri-insani üsullarla qoruyur

1-05-2018, 15:12
7 572
İlham Əliyev hakimiyyətini qeyri-insani üsullarla qoruyur

AXCP sədri Əli Kərimli Nardaran məhbusu Abbas Hüseynə qarşı törədilmiş amansız və qanunsuz hərəkət haqqında fikirlərini fb səhifəsində paylaşıb:

““Nardaran işi” üzrə həbs olunmuş inanclı siyasi məhbus Abbas Hüseynin başına gələnləri oxuyub, dəhşətə gəldim. Abbas Hüseyn bir dəfə ölümdən qurtarmış şəxsdir – hökumətin Nardaran təxribatında ona 3 güllə vurmuşdular, hamı onun öldüyünü zənn etmişdi, amma o, yaşadı və qurama məhkəmənin sonunda 20 il azadlıqdan məhrum edildi. Abbas bəy susmadan, hər fürsətdə rejimin Nardaran təxribatını ifşa etdi, xalqımızı rejimlə mübarizəyə səslədi. Rejim də ona qarşı qəddarlığı davam etdirir. Ötən il onu Qobustan qapalı həbsxanasında çarmıxa çəkərək işgəncə vermişdilər. Bu faktı ictimailəşdirdiyi üçün tanınmış və cəsarətli vəkil Yalçın İmanovu vəkillik fəaliyyətindən uzaqlaşdırdılar.
Bugünlərdə Abbas bəyin həbsxanadan mənə göndərdiyi ad günü təbrikini oxuyanda məmnun oldum. Amma heç ağlıma gəlmədi ki, bu ad günü təbriki də Abbas bəy üçün əlavə məhrumiyyət yaradar. Rejim bizi hər dəfə təəccübləndirir. Çünki bütün rastlaşdığımız haqsızlıqlara, rejimi kifayət qədər tanımağımıza rəğmən biz onların səviyyəsinə enə, onların hansı yaramazlıqlara qadir olacaqlarını təsəvvür etmədiyimizdən, əvvəlcədən güman edə bilmirik. İndi isə oxuyuram: “Müsəlman Birliyi Hərəkatının üzvü, həbsdə olan siyasi məhbus Abbas Hüseyn AXCP sədri Əli Kərimlinin doğum gününü təbrik etdiyinə görə onu Qobustan Qapalı həbsxanasında boğub öldürmək istəyiblər. Abbası vəhşicəsinə döyüb “kars”a salıblar, hazırda vəziyyəti yaxşı deyil…”
Baxın, İlham Əliyev belə anti-insani yollarla hakimiyyətini qoruyur. Gərək xalqına çox nifrət edəsən, rəqibindən çox qorxasan ki, belə üsullara əl atasan”.

скачать dle 12.1
Xəbər lenti