“Azadlıq”a qarşı diffamasiya işi təxirə salındı

8-05-2018, 20:21
8 608
“Azadlıq”a qarşı diffamasiya işi təxirə salındı

Bu gün Ali Məhkəmədə Abdullayev Şirin Tapdıq oğlunun “Azadlıq” qəzetinə qarşı şərəf və ləyaqətin təhqir olunması ilə bağlı iş üzrə məhkəmə prosesi keçirilib. Hakim Tatyana Qoldmanın sədrliyi ilə Bakı Apellyasiya məhkəməsinin qərarından “Azadlıq” qəzetinin kassasiya şikayətinə baxılıb. Məhkəmə 31 may 2018-ci il tarixinə təxirə salınıb. Xatırladaq ki, Abdullayev Şirin Tapdıq oğlu Azadliq.info saytında jurnalist Fikrət Fərəməzoğlunun məhkəməsindən hazırlanmış reportajda özünün şərəf və ləyaqətinə və ışgüzar nüfuzuna zərər gəlməsini düşünərək Yasamal rayon məhkəməsinə müraciət edib. Yasamal rayon məhkəməsi iddianı qismən təmin edib. Tərəflərin verdiyi apellyasiya şikayətləri isə təmin olunmayıb.

скачать dle 12.1
Xəbər lenti