Vəkillərin sayı hakimiyyətin hüquqa olan münasibətin göstəricisidir

9-05-2018, 19:49
5 810
Vəkillərin sayı hakimiyyətin hüquqa olan münasibətin göstəricisidir

Rövşən Hacıbəyli

Vəkillər Kollegiyasının gənc sədri Anar Bağırov: “…regionlarda da vəkillərin sayında artım var. Birinci andiçməyə qədər Şəki şəhərində 3 vəkil fəaliyyət göstərirdirsə, hazırda onların sayı 8-ə çatıb. Bu, bir böyük uğurdur…”
70 minə yaxın əhalisi olan Şəkidə indiyə qədər 3 vəkil fəaliyyət göstərib, bu isə o deməkdir ki, Şəkinin 23 min əhalisinə 1 vəkil düşüb. Anar Bağırovun “böyük uğur”undan sonra Şəkinin 9 min əhalisinə 1 vəkil düşəcək. Bu ilin mayında vəkilliyə qəbuldan sonra Azərbaycanda hər 10 min nəfərə 11 vəkil düşür. 10 milyon əhalisi olan Macarıstanda 1000 nəfərə 1 vəkil düşür. 10 milyon əhalisi olan Belçikada isə hər 700 nəfərə 1 vəkil düşür. Bunların dostu Rusiyanın 150 milyona yaxın əhalisi var və burada hər 2370 nəfərə 1 vəkil düşür. İndi bu gənc sədr heç bir xəcalət hissi keçirmədən 70 min əhalisi olan Şəkidə 8 vəkil olmasını “böyük uğur” sayır.

скачать dle 12.1
Xəbər lenti