Kənd təsərrüfatının fəlakət statistikası

15-05-2018, 20:48
6 597
Kənd təsərrüfatının fəlakət statistikası

“Statistik məlumatlar ondan xəbər verir ki, bu ilin birinci rübündə kənd təsərrüfatında vəziyyət daha da pisləşib”.

Bunu tanınmış iqtisadçı ekspert Vahid Məhərrəmli feysbuk səhifəsində yazıb. O, 2017-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2018-ci ilin yanvar-mart aylarında kənd təsərrüfatı məhsullarının idxal və ixracındakı artım və azalmaları göstərib.

Bəlli olub ki, ötən ilin eyni dövrü ilə müqayisədə
• buğda idxalı 54,7 faiz,
• bitki yağları – 37,3 faiz,
• təzə meyvə – 51,5 faiz,
• çay – 18,0 faiz, 
• mal əti – 29,8 faiz
• kəsim üçün ölkəyə gətirilən heyvanların sayı- 2 dəfə,
• süd məhsulları idxalı isə 30 faiz artıb. 

Paradoks ondadır ki, 2018-ci ilin yanvar-mart aylarında 2017-ci ilin eyni dövrü ilə müqayisədə bu sahənin əsas ixrac məhsulları da azalıb:
• təzə tərəvəz ixracı -1,5 faiz,
• şəkər – 47,5 faiz,
• tütün – 6,5 faiz,
• çay – 5,4 faiz,
• bitki yağları ixracı isə 20,4 faiz azalıb.

скачать dle 12.1
Xəbər lenti