“Paşa Holdinq” daha bir tanınmış şirkəti “uddu”

8-06-2018, 20:12
8 534
“Paşa Holdinq” daha bir tanınmış şirkəti “uddu”

“Nerka” MMC iyunun 6-da “Amal Invest Group” MMC ilə birləşərək fəaliyyətinin dayandırıldığını elan edib. Bunu aparıcı investisiya şirkətlərindən biri olan “Synergy Group” MMC-nin təsisçisi Əşrəf Kamilovla Azərbaycanın birinci ailəsinə məxsus şirkətlər qrupu arasında əqd kimi qiymətləndirmək olar.
“Nerka” MMC 2012-ci ilin aprel ayında “Capital Estate” şirkəti tərəfindən http://webcityhost.net/vergiler/upload/File/art-360.pdf təsis edilib. “Capital Estate” MMC-nin təsisçiləri (2012-ci ilin aprel ayında təsis ediləndə “Caspian Estate” adlanıb) Əşrəf Kamilov və Səid Əliyevdir. “Capital Estate” beş şirkət yaradıb (“Capital Partners”, “Praslin”, “Norfolk”, “Burqaz” və “Nerka”), bunlardan dördü 2016-2018-ci illərdə ləğv edilib.
“Amal İnvest Group” MMC üç şirkətin (“PMD İndustries”, “Avanqard-I” və “Baku Development”) birləşməsi yolu ilə 2015-ci ildə təsis edilib. O, “Pasha Holdinq” şirkətlər qrupuna daxildir. Bundan əvvəl (yanvar 2016) “Amal Invest Group” başqa bir şirkəti (“S.V.N.” MMC) “udub”.
“Amal İnvest Group” ASC “Xalq Bank” ASC-nin kapitalında 16,15% iştirak payına sahibdir. Kommersiya hüquqi şəxslərin reyestrində bu şirkət haqqında məlumat yoxdur.
“Synergy Group” MMC 2010-cu ildə təsis edilib və Əşrəf Kamilov burada 99% səhm sahibidir. Bu holdinq şirkəti “Shamkir Capital Group”u idarə edir. Həmin kommersiya strukturlarına Bakıda və ölkənin digər bölgələrində onlarla şirkət daxildir.
Ə. Kamilov “AtaHoldinq” MMC-nin Müşahidə Şurasının üzvüdür. O, “AtaBank” ASC-nin səhmlərinin 9,3%-nə sahibdir. O, “VIP Estate” MMC vasitəsilə “Akkord Sənaye-Tikinti İnvestisiya Korporasiyası” ASC-nin səhmlərinin 51 faizinə nəzarət edir. KİV-in yazdığına görə, Ə. Kamilovun idarə etdiyi şirkətlərin son benefisiarı sabiq vergilər naziri Fazil Məmmədovdur. Nə Ə. Kamilov (Vergilər Nazirliyinin keçmiş əməkdaşı), nə də F. Məmmədov bu iddiaları təkzib edir

скачать dle 12.1
Xəbər lenti