REAL fəalına 10 sutka verilib

8-06-2018, 20:24
9 800
REAL fəalına 10 sutka verilib

Bu gün, iyunun 8-də REAL Partiyasının fəallarından Anar Məmmədova Yasamal Rayon Məhkəməsində 10 sutka cəza verildiyi bildirilir. Bu haqda partiyanın Ali Məclisinin üzvü Füzuli Dehqani məlumat verib. Onun deməsinə görə, A.Məmmədov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə ittiham edilib. Söhbət polisin qanuni tələbinə əməl etməməkdən gedir:

«Anar Məmmədov iyunun 7-də axşam saatlarında evində saxlanıb. Axşam saatlarında iki nəfər mülki şəxs onların evlərinə gəlib. Deyiblər ki, Anarın maşınını vurublar. Anar elə ev paltarında aşağı düşüb onu aparıblar. Son bir gündə onun yerini öyrənməyə çalışdıq. Bu saatlarda öyrəndik ki, Yasamal Rayon Məhkəməsinin önünə çıxarılıb. Ancaq bizi məhkəməyə buraxmadılar, dedilər ki, qapalıdır. Sonra isə onun 10 sutka həbs aldığını öyrəndik».

скачать dle 12.1
Xəbər lenti