Biz bu 29 ildə böyük bir tarix yaşamışıq

18-07-2018, 15:40
10 434
Biz bu 29 ildə böyük bir tarix yaşamışıq

Gözəl Bayramlı partiyadaşlarını təbrik etdi

AXCP sədrinin müavini, siyasi məhbus Gözəl Bayramlı partiyanın 29-cu ildönümü ilə bağlı təbrik göndərib.

– Əziz əqidə dostlarım, yol yoldaşlarım, ölkənin mübarizə tarixində önəmli yeri olan AXCP-nin yaranma günü münasibəti ilə başda sədrimiz Əli bəy olmaqla hamınızı təbrik edirəm. Bu zaman kəsiyində dünyasını dəyişmiş liderimiz Əbülfəz Elçibəyə və başqa əqidədaşlarımıza Allahdan rəhmət diləyirəm. Biz bu 29 ildə böyük bir tarix yaşamışıq, dünyada misli görünməyən bir tarix. Bu, ölkəsini candan sevən insanların vətən, xalq, haqq və ədalət mübarizəsi tarixidir. Dünyada elə bir millət yoxdur ki, bu qədər şərəfli, yorulmaz mübarizənin sonunda hədəfinə çatmasın. Neçə ki, AXCP var, neçə ki, sizlər varsınız, zindanda vətən davası verən ləyaqətli insanlar var, işıqlı günlərə böyük inam da var. Nə qədər çətin olsa da, şübhəsiz, haqq qalib gələcək. Siz bu vətənin ümidisiniz, əziz cəbhəçi dostlarım! Bayramınız mübarək!

скачать dle 12.1
Xəbər lenti