Vəkillər Mehman Hüseynovun anasına baş çəkməsi üçün türmə rəhbərliyinə müraciət edib

25-07-2018, 17:51
5 754
Vəkillər Mehman Hüseynovun anasına baş çəkməsi üçün türmə rəhbərliyinə müraciət edib

Artıq bir neçə gündür Emin və Mehman Hüseynovların anası Firəngiz xanım ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Reanimasiyadadır. Çox təəssüf ki, bu ağır və çətin günlərində iki oğlunun heç biri ona baş çəkmək, yanında olmaq imkanında deyil.
Emin Hüseynovun ölkəyə gəlişi qadağandır. Mehman Hüseynov isə türmədədir. 2 illik cəzasının 1 il 4 ayından artığını çəkib. Əslində, qanunlar işləsəydi, indi azadlıqda olmalıydı. Ancaq türmədə olanda belə qanun imkan verir ki, o, anasının bu ağır durumunda ona baş çəkmək üçün bir neçə günlüyə evə buraxılsın.
Mehman Hüseynovun vəkilləri də ötən həftə Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinə müraciət ediblər. Bu situasiyada operativ qərar qəbul olunmalıdır. Təəssüf ki, onlar ailənin bu ağır günlərində qərar verməyə tələsmir…

скачать dle 12.1
Xəbər lenti