Şəhriyar Məmmədyarov beynəlxalq şahmat turnirinin qalibi olub

4-08-2018, 15:07
10 129
Şəhriyar Məmmədyarov beynəlxalq şahmat turnirinin qalibi olub

Azərbaycan şahmatçısı, beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov beynəlxalq şahmat turnirinin qalibi olub. İsveçrənin Bil şəhərində iyulun 21-dən start götürmüş turnirə artıq yekun vurulub.

Fəxri kürsünün ən yüksək pilləsinə Şəhriyar Məmmədyarov qalxıb.

Şəhriyar Məmmədyarov yarışın doqquzuncu turunda 57-ci gedişdə ağ fiqurlarla norveçli dünya çempionu Maqnus Karlsen üzərində qələbə qazanıb.

Şahmatçı 1985-ci ildə Sumqayıt şəhərində doğulub. O, dünyada 20 yaşadək şahmatçılar arasında ikiqat Dünya çempionu tituluna sahib olan yeganə şahmatçıdır.

2017-ci ilin mayında dünya şahmat tarixində 2800 Elo reytinq balını keçmiş 13-cü şahmatçı olub.

скачать dle 12.1
Xəbər lenti