İsrafil Hüseynov gəmisində baş vermiş yanğın nəticəsində xəsarət alanlardan biri ölüb

15-05-2019, 18:26
8 664
İsrafil Hüseynov gəmisində baş vermiş yanğın nəticəsində xəsarət alanlardan biri ölüb

İsrafil Hüseynov borudüzən gəmisində baş vermiş partlayış və yanğın nəticəsində xəsarət alan 14 nəfərdən biri ölüb. Bu barədə gəmini icarəyə götürmüş “Saipem” şikəti məlumat yayıb.

“Saipem” təəssüflə bildirir ki, ağır vəziyyətdə olan zərərçəkənlərdən biri bu gün Fransada xəstəxanada vəfat edib”, -məlumatda deyilir.

Digər zərərçəkənlərin həyatı üçün təhlükə yoxdur.

Məlumatda qeyd olunur ki, müxtəlif ölkələrin vətəndaşları olan 11 zərərçəkən mayın 11-də Türkiyə, İtaliya Fransa və Böyük Britaniyada ixtisaslaşdırılmış xəstəxanalara yerləşdirilib. Yüngün xəsarət alan üç nəfər müstəqil şəkildə öz ölkələrinə gedib.

Mayın 8-də Xəzərdə Azərbaycanın “Şahdəniz” qaz-kondensat yatağında işlər üçün “Saipem” şirkəti tərəfindən icarəyə götürülmüş İsrafil Hüseynov gəmisində borüdüzən zonada avadanlıqda nasazlıq nəticəsində partlayış və yanğın baş verib. Yanğın nəticəsində 14 nəfər müxtəlif dərəcəli yanıq xəsarəti alıb. Onlar sahilə gətirilərək öncə Bakıda Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Üç nəfərin səhhəti kritik kimi dəyərləndirilib.

скачать dle 12.1
Xəbər lenti