Ağstafada 4 nəfət güllələnərək öldürülüb

17-06-2019, 21:39
134
Ağstafada 4 nəfət güllələnərək öldürülüb

Ağstafa rayonunda bazarda 4 nəfər güllələnərək öldürülüb. Hadisə rayonun Böyük Kəsik kəndi ərazisində qeydə alınıb.

Belə ki, naməlum şəxs bazarda atəş açaraq 8 nəfəri güllələyib. Nəticədə ana və iki övladı, eləcə də orada satıcı işləyən şəxs hadisə yerində ölüb. Yaralılar Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır.

Hadisəyə nəsillər arasında uzun illərdir mövcud olan qan davasının səbəb olduğu bildirilir.

dle
Xəbər lenti