Gömrükçünün rüşvətə görə işdən çıxarıldığı deyilir

7-07-2019, 20:31
78
Gömrükçünün rüşvətə görə işdən çıxarıldığı deyilir

Bakı Baş Gömrük İdarəsi Gömrük Əməliyyatları İdarəsinin böyük inspektoru, gömrük xidməti polkovnik-leytenantı Namiq Əsədov tutduğu vəzifədən azad edilib. Bu barədə DGK iyulun 6-da məlumat yayıb.

Məlumatda deyilir ki, Komitənin Daxili Təhlükəsizlik İdarəsi əməkdaşlarının apardığı araşdırmalar nəticəsində onun “Liebherr-Azeri LLC" MMC-nin ünvanına Almaniyadan gələn malların gömrük rəsmiləşdirilməsini qısa müddətdə yekunlaşdırmaq müqabilində 350 manat tələb edib.

N.Əsədovun şirkət nümayəndəsindən tələb etdiyi qanunsuz vəsaiti birbaşa deyil, broker şirkətlərində kompüter operatoru vəzifəsində çalışan şəxslər vasitəsilə çatdırmağı tapşırdığı deyilir.

Faktla bağlı toplanmış materialların hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərildiyi bildirilir.

dle
Xəbər lenti