Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə yeni rəis təyin edilib

12-07-2019, 18:08
48
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə yeni rəis təyin edilib

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) yeni rəis təyin edilib. Reportun məlumatına görə, idarənin yeni rəisi Əbülfət Rzayevdir.

O, bu ilin yanvarınadək Şəki şəhər Rayon Polis İdarəsinin rəisi, daha sonra paytaxtın Nəsimi rayon Polis İdarəsinin rəisi olub.

BMCMİ-nin əvvəlki rəisi Seyfulla Əzimov bir qədər öncə daxili işlər nazirinin birinci müavini vəzifəsinə təyin olunub.

dle
Xəbər lenti