Ombudsman Miyatoviçlə görüşüb

12-07-2019, 18:09
52
Ombudsman Miyatoviçlə görüşüb

İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova iyulun 12-də Azərbaycanda səfərdə olan Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviçlə görüşüb.

Bu haqda Ombudsman Aparatından bildirilib.

Görüş zamanı ombudsman Azərbaycanda son illərdə 11 amnistiya aktının qəbul olunduğunu, 65 əfv sərəncamı imzalandığını, müvəkkilin vəsatəti əsasında indiyədək 692 məhkumun azadlığa buraxıldığını qeyd edib.

Görüşdə həmçinin, müvafiq dövlət qurumlarında, o cümlədən penitensiar xidmətdə, psixiatriya müəssisələrində Avropa standartlarının tətbiq olunduğu vurğulanıb.

D.Miyatoviç bir neçə gündür Bakıdadır. O, rəsmilərlə, eləcə də vətəndaş cəmiyyətinin fəalları, hüquqşünaslarla görüş keçirib.

dle
Xəbər lenti