3 hakim işdən azad olunub

12-07-2019, 18:10
130
3 hakim işdən azad olunub

İyulun 12-də Məhkəmə-Hüquq Şurası 3 hakimin tutduğu vəzifədən azad edərək başqa işə keçirilməsinə qərar verib. Bu haqda «Turan»a qurumdan deyilib.

Həmin şəxslər Gəncə İnzibati-İqtisadi Məhkəməsinin sədri Natiq Abbasov və hakimi Kamil Rzayev, Göygöl Rayon Məhkəməsinin hakimi Rafiq Məmmədovdur. Buna səbəb kimi hər üçünün qanunvericiliyin tələblərinin kobudcasına pozulmasına və korrupsiyaya şərait yaradan hallara, süründürməçiliyə və digər pozuntulara yol verdikləri göstərilir.

Bir sıra hakimlərin isə intizam məsuliyyətinə cəlb edildiyi deyilir.

İclasda həmçinin, təcrübəli hakimlərin və könüllülərin Şuranın fəaliyyətinə cəlb olunması, intizam icraatları üzrə qərarların profilaktik təsirinin gücləndirilməsi, nöqsanların qarşısının alınması məqsədilə onların hakimlərlə müzakirəsinin təşkili qərara alınıb.

dle
Xəbər lenti