Məktəb direktorundan ŞİKAYƏT

2-06-2020, 13:19
26 599
Məktəb direktorundan ŞİKAYƏT

Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, ev 110 ünvanda yaşayan Kərimov Ağakərim Əlimuxtar oğlu KİV -nə müraciət etmişdir. Həmin müraciəti olduğu kimi dərc edirik.


Sizə müraciət edərək bildirirəm ki, mən 1998-ci ildən Bakı şəhəri, Səbail rayonu C.Hacıyev adına 3 saylı Uşaq Musiqi Məktəbində müəllim vəzifəsində işləmişəm. 2001-ci ildə məktəbə direktor təyin edilən Orucova Məhin Əli qızı işə başlayandan sonra özünə tabe olanların hamısını saxtakarlığa, dələduzluğa, əliəyriliyə sövq etmiş, bununla da məktəbdə özünə məxsus tərzdə kriminal struktur yaratmışdır.

Bu vəziyyətlə barışmayan mən də daxil olmaqla 6 nəfər müəllim- İradə Babazadə, Səbinə Orucova, İnna Şaşkova, Rəşadət Bədəlova və Sevda Nəcəfova 2005-ci ilin dekabr ayında direktorun qanuna zidd əməlləri barədə, yəni “ Ölü canlar” saxlaması, məktəbin təmirinə dövlət tərəfindən ayrılan külli miqdarda vəsaitin oğurlanması və digər özbaşına əməlləri barədə prokurorluğa şikayət etmişdik. Bu şikayətlə bağlı Mədniyyət və Turizm nazirliyi, kadrlar və mütəxəssislərin hazırlanması şöbəsinin müdür müavini Lalə Kərimova və Mədəniyyət və Turizm idarəsi musiqi təhsili və incəsənət şöbəsinin müdüri Bəturə Məmmədəliyevadan ibarət komussiya yaradılaraq məktəbdə yoxlama aparılmış, ərizədə göstərilən faktlar ört-bastır edilərək direktorun fəaliyyətinin qanunlar çərçivəsində olduğu və heç bir nöqsan aşkar edilmədiyi qənaətinə gələrək 27.01.2006-cı il tarixli arayış tərtib edildi.

Bundan sonra direktor M.Orucova şikayət etmiş, müəllimlərə qarşı qərəzli və qisasçılıq mövqeyi tutmuşdur. İlk olaraq tədris hissə müdiri İradə Babazadə Mədəniyyət və Turizm Nazirliyinin 22.06.2006-cı il tarixli 260 saylı saxta əmri ilə (həmin əmrdə Nazir Ə.Qarayevin imzası və nazirliyin möhürü yoxdur) qeyri-qanuni olaraq işdən azad edildi. Bu hiyləgar saxtakarlığın təşkilatçısı və icraçısı nazir müavini Sevda Məmmədəliyevadır.

İkinci vurulmalı hədəf kimi mən seçildim və gözlənilmədən 26.11.2007-ci il tarixdə qanunsuz olaraq işdən azad edildim. Mənim üçün ona görə gözlənilməz oldu ki mən 16.10.2007-ci il tarixdə M.Orucovanın heç bir hədd-hüdud tanımayan intiqamçı-qudurğan planlarından uzaqlaşmaq üçün Baş İdarəyə başqa məktəbə köçürülməyim barədə ərizə ilə müraciət etmişdim və həmin tarixdə ərizə baxılmaq üçün idarədə qeydiyyata alınmışdır. Buna baxmayaraq M.Orucova idarədəki nəxfi xəfiyyəçi – himayədarı şöbə müdüri B.Məmmədəliyevanın fəal yardımından istifadə edərək ərizəyə baxılmasının qarşısını almaqla bərabər, ərizə qeydiyyata alınan tarixdən 40 gün sonra sanki lazımsız bir əşya kimi məni işdən çıxardı.

Məktəb direktorundan ŞİKAYƏT

 


Qanunsuz olaraq işdən çıxarılmağım barədə Mədəniyyət və Turizm Nazirliyinə şikayət etdim. Nazirliyinin Elm və Təhsil Şöbəsinin müdiri Yaşar Əliyev işlədiyim müddət ərzində konsert və müsabiqələrdə iştirak etmək üçün şagird hazırlamadığım səbəbindən tutduğum vəzifədən azad olunduğum barədə cavab verdi. Qəribədir, görən hansı qanunda belə tələb və zərurət nəzərdə tutulub? Bundan iki nəticəyə gəlmək olar, ya Y.Əliyevin AR Əmək Məcəlləsinin bu məsələyə aid tələblərindən xəbəri yoxdur, naşıdır, bisavaddır, ya da M.Orucovadan alınan rüşvətin müqavilində öz vəzifə ləyaqətini sataraq yol verilən özbaşınalığı ört-bastır etmək məcburiyyətindədir.

Həmçinin mən işdən azad edilərkən qanunvericiliyin tələblərinə uyğun olaraq son haqq-hesab sonuncu iş günü ödənilməli və əmək kitabcası da həmin gün verilməli idi, lakin həmin gün mən tələb etsəm də, mənə verilməmişdir. Bu barədə aidiyyatı orqanlara çoxsaylı müraciətlərdən sonra nəhayət 10 ildən sonra Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Vüqar Zeynalovun məsələ ilə bağlı obyektuv və tələbkar mövqe tutduqdan sonra İdarə rəisinin rəhbərliyi və digər bir neçə nəfər idarə işçilərinin imzaları ilə təsdiq edilmiş 11.09.2017-ci il tarixli akt tərtib edilərək əmək kitabçası və son haqq-hesab mənə təqdim edildi.

Qeyd olunmalıdır ki, M.Orucova məktəbin təmirinə 2004-cü ildə ayrılan küllü miqdarda 25.000000 AZM ( 25 milyon) , (5000 AZN) dövlət tərəfindən ayrılan vəsaiti mənimsəmişdir. (Xatırladım ki, məktəbin təmiri ilə bağlı məktəbdə 4 nəfərdən ibarət kommissiya yaradılmış və bu komissiya ilə təmir-tikinti şirkəti arasında müqavilə bağlanmışdır.)

M.Orucovaya məktəbdə yol verdiyi nöqsanlara görə 06.04.2009-cu il tarixdə nazir Ə.Qarayevin 71 nömrəli əmri ilə rəsmən töhmət verilmişdir.

Həmçinin mənim əvəzimə sinif jurnalında tədris hissə müdiri Solmaz Novruzova tərəfindən özbaşına olaraq tələbələrə qiymət yazılmışdır, bu da mənim tələbələrimin qarşısında hörmətimin aşağı salınmasına xidmət etmək məqsədi olmuşdur.

Qeyd olunmalıdır ki, təhsil qaydalarına əsasən bir tədris ili ərzində iki imtahan keçirilməsi planı təsdiq edilsə də, buna zidd olaraq M.Orucova tamah məqsədilə məcburi qaydada həmin müddətdə 4 imtahan keçirir.

Mənim M.Orucovanın ona həvalə edilmiş vəzifə səlahiyyətlərindən sui-istifadə edərək məktəbdə yol verdiyi kütləvi qanun pozuntuları və küllü miqdarda ayrılan dövlət vəsaitinin oğurlanıb talanması barədə şikayət ərizəm Səbail rayon prokurorluğunda icraata qəbul edilmiş, lakin ərizədə göstərilən faktlar ötəri araşdırılaraq tez-tələsik 20 gündən sonra Səbail rayon prokurorluğunun müstəntiqi vəzifəsini icra edən Allahverdi Allahverdiyev tərəfindən 14 sentyabr 2016-cı il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar çıxarmışdır.

Mən bu qərarla razılaşmayaraq təkrar olaraq Səbail rayon Prokurorluğuna yenidən müraciət etdim. Həmin qərar Səbail rayon prokuroru Natiq Əsədov tərəfindən 17.08.2017-ci il tarixdə ləğv edilmiş və əlavə araşdırma aparılması Səbail rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor Babək Zakirzadəyə həvalə edilmişdir. Çox təəssüf ki, bu dəfə ümumiyyətlə iş üzrə heç bir araşdırma aparılmamış 14.09.2016-cı il tarixli qərarda qismən əlavələr edilərək 12 sentyabr 2017-ci il tarixdə Babək Zakirzadə tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar çıxarılmışdır.

Cövdət Hacıyev: Mən qərarın ləğv edilməsi və yenidən obyektiv araşdırma aparılması ilə bağlı təkrarən 09 yanvar 2018-ci il tarixdə Səbail rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişəm, çox qəribədir elə həmin gün Səbail rayon prokuroru Natiq Əsədov tərəfindən cavab verilmişdir və cavabda müraciətdə göstərilən xüsusatların yenidən öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanması 12 sentyabr 2017-ci il tarixli qərarla rədd edilməsi, müraciət əsasında toplanmış araşdırma materialının tərəfindən öyrənilməsi, araşdırmanın tam və hərtərəfli aparıldığı, toplanmış material üzrə cinayət işinin başlanmasını əsaslı olaraq rədd edilməsinin müəyyən edilməsi göstərilmişdir.

Qeyd edilənlərdən də görünür ki mənim şikayət ərizəm Səbail rayon prokurorluğunda 09 yanvar 2017-ci il tarixdə qəbul edilmişdir, həmin gün də cavab verilməsi mənim şikayət ərizəmdə göstərilən xüsusatların və faktların heç birinin araşdırılmadığına dəlalət edir. Mən hesab edirəm ki heç bir araşdırılma aparılmadan cavab verilməsi artıq məktəb direktoru M.Orucovanın rayon prokurorluğu səviyyəsində himayə edilməsi anlamına gəlir.

Hal-hazırda mən Səbail rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor B.Zakirzadə tərəfindən çıxarılmış 12 sentyabr 2017-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın ləğv edilməsi və qanunsuz əməllərə yol vermiş C.Hacıyev adına 3 saylı uşaq musiqi məktəbinin direktoru Orucova Məhin Əli qızının cinayət məsuliyyətinə cəlb edilməsi barədə Bakı şəhər prokurorluğuna müraciət etmişəm.

Hörmətli redaksiya, sizdən xahiş edirəm bu məlumatı öz saytınızda dərc edərək ictimaiyyəti məsələ barədə xəbardar edəsiniz.

Məqalədə adı çəkilən şəxslərin də qarşı tərəf kimi münasibətini dinləməyə hazırıq.

скачать dle 12.1
Xəbər lenti