Dəyanət Seyidəliyev Ağsu rayonunda aztəminatlı ailələrə, ahıl və tənha yaşayan sakinlərə ərzaq yardımı edib

2-05-2020, 15:52
13 359
Dəyanət Seyidəliyev Ağsu rayonunda aztəminatlı ailələrə, ahıl və tənha yaşayan sakinlərə ərzaq yardımı edib

 

Ölkədə yeni növ koronavirus infeksiyasının yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması, eləcə də əhalinin sağlamlığının qorunması məqsədilə dövlət tərəfindən sistemli və təxirəsalınmaz tədbirlər həyata keçirilir, eyni zamanda, əhalinin həssas təbəqəsindən olan insanların, həmçinin aztəminatlı ailələrin sosial durumu diqqət mərkəzində saxlanılır.

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə respublikamızda tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar ölkə rəhbərliyi tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə dəstək olaraq, keçmiş Ağsu Rayon İcra Hakimiyyətinin başçısının oğlu Dəyanət Seyidəliyev tərəfindən 70 aztəminatlı ailəyə, ahıl və tənha yaşayan vətəndaşlara ərzaq yardımı verilib. Yardımın paylanmasında Xeberci.info-nun Təsisçi və Layihə rəhbəri Rüstəm Zaidoğlu köməklik edib.
Ərzaq yardımı alan vətəndaşlar xüsusi karantin rejimi günlərində onlara göstərilən köməyə görə, Dəyanət Seyidəliyevə və dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Dəyanət Seyidəliyev aztəminatlı ailəyə, ahıl və tənha yaşayan vətəndaşlara dəstək olduğu ərzaq yardımını ictimailəşdirmək istəməyib


 
Dəyanət Seyidəliyev Ağsu rayonunda aztəminatlı ailələrə, ahıl və tənha yaşayan sakinlərə ərzaq yardımı edib
Dəyanət Seyidəliyev Ağsu rayonunda aztəminatlı ailələrə, ahıl və tənha yaşayan sakinlərə ərzaq yardımı edib
Dəyanət Seyidəliyev Ağsu rayonunda aztəminatlı ailələrə, ahıl və tənha yaşayan sakinlərə ərzaq yardımı edib
Dəyanət Seyidəliyev Ağsu rayonunda aztəminatlı ailələrə, ahıl və tənha yaşayan sakinlərə ərzaq yardımı edib
Dəyanət Seyidəliyev Ağsu rayonunda aztəminatlı ailələrə, ahıl və tənha yaşayan sakinlərə ərzaq yardımı edib
Dəyanət Seyidəliyev Ağsu rayonunda aztəminatlı ailələrə, ahıl və tənha yaşayan sakinlərə ərzaq yardımı edib

скачать dle 12.1
Xəbər lenti