Səadət Cahanigiri. Açiq məmbələrdən "Azadlıq"ın xanım əməkdaşı istintaq idarəsinə aparıldı

2-05-2020, 16:50
29 738
Səadət Cahanigiri. Açiq məmbələrdən "Azadlıq"ın xanım əməkdaşı istintaq idarəsinə aparıldı

Bakı/02.05.20/Turan:  Səadət Cahanigiri aldadaraq evə girən əməliyyatçılar evdə axtarış aparıb, onun kompüter və telefonunu götürüblər 

«Qəzetimizin əməkdaşı və AXCP Rəyasət Heyətinin üzvü Səadət Cahangir bu gün saat 12 radələrində evindən götürülərək Ağır Cinayət İşləri üzrə İstintaq İdarəsinə aparılıb. Guya qaz sayğacını yoxlayacaqları adı ilə evə girən əməliyyatçılar evdə axtarış aparıb, onun kompüterini, telefonlarını və oğlunun təhsil haqqı üçün yığdığı pulları götürüb, özünü də istintaq idarəsinə aparıblar. Səadət xanım saat 21 radələrinə qədər idarədə saxlanılıb və sorğu-sual edilib. Sonra özü sərbəst buraxılsa da, kompüteri, telefonları və pulları qaytarılmayıb», - «Azadlıq» qəzetinin redaksiyasınln məlumatında bildirilir .

скачать dle 12.1
Xəbər lenti