Rüstəm Xəlilov Hacqabulda…

17-07-2020, 17:12
248
Rüstəm Xəlilov Hacqabulda…

 

04 - dekabr, 2019 - cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  Xəlilov Rüstəm Gülabba oğlunu Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edib. 

Rüstəm Xəlilov Azərbaycan Respublikası Milli Məclisinin III çağırış 64 saylı İkinci Sabirabad Seçki Dairəsindən milli məclisin deputatı olub. Sabirabad rayon deputatı olduğu zaman, mərhum atası Xəlilov Gülabba kişiyə baş daşı əvəzinə qızıl suyundan heykəl qoydurub.

 

Rüstəm Xəlilov Sabirabadda atası Gülabba Xəlilova qızıl suyundan heykəl qoydurması ilə bağlı danışarkən deyib.

 

“Atam sosialist əməyi qəhrəmanıdır, deputat olub və Sovet İttifaqı dövründə öz zəhmətiylə mükafatlara layiq görülüb. Rayon əhalisi, kənd camaatı da bilir ki, atamın büstü 30-40 il bundan qabaq qoyulub”.

 

Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalında o zaman belə bir müraciət formalı yazı çıxıbmış ki, “uezdinin başı” görünmür, kim onun başını görsə həmən Molla Nəsrəddin jurnalına xəbər versin. Molla Nəsrəddin jurnalının sabahkı sayında isə camaata ikinci müraciət forması çap olur ki, ay camaat, siz əziyyət çəkib uezdin başını axtarmayın, çünki onun yerli – dibli başı yox imiş..

Bizimdə ata babalarımız sovet əməyi qəhrəmanı olmaqla yanaşı II - dünya müharibəsi qəhrəmanı olublar. Amma bu tipli şəxslərə SSSR - i devrində belə qızıl heykəl qoyulduğunu nə görmüşük, nə də eşitmişik. Hətda SSSR - inin liderlərinə, Lelinin və ya Stalinin belə qızıl heykəli qoyulmayıb. Qeyd edək ki, Rüstəm Xəlilov o deputatlardan olub ki, parlamentdə bir dəfə də olsun çıxış etməyib və heç kimdə bu deputatın səsini belə eşitməyiblər. Bu üzdən də parlament jurnalistləri Rüstəm Xəlilova «lal-kar» deputat ayamasını vermişdilər.

Artıq  9 – aya yaxındır ki, Xəlilov Rüstəm Hacıqabul rayon icra başçısıdır. Bildiyiniz kimi Beynəlxalq Pandemiya devrində karona virusla mübarizə məqsədi ilə ölkədə karantin rejimidir. Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Hacıqabul rayonu ərazisində karantin rejimi çərçivəsində qabaqlayıcı və sosial izolyasiya tədbirləri davam etdirilir. Avtomobil Yolları Dövlət Agentliyinin 2 №-li magistral  və  Hacıqabul rayon 20 №-li yol istismar idarələrinin kollektivi Hacıqabul rayon İcra Hakimiyyətinin təşəbbüsünə qoşularaq xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq çölə çıxa bilməyən, eləcə də aztəminatlı 30 - ailəyə yardım etdi.

Müəssisələrin, məktəblərin və idarələrin bağlı olduğu devirdə, icra başçısı  Xəlilov Rüstəm Gülabba oğlu, vəzifəsini necə icra etdiyini yalnız zaman göstərə bilər.

Araşdırmamız davam edir...

Ardı var...

dle
Xəbər lenti