Zaqatalada inkaf və Mübariz Əhmədzadə

2-09-2020, 18:27
20 454
Zaqatalada inkaf və Mübariz Əhmədzadə
Bu gün sürətlə inkişaf edən bölgələrimizdən biri də Zaqatala rayonudur. Təsadüfi deyildir ki, bu bölgədə indiyədək görülmüş və hal-hazırda da böyük ruh yüksəkliyi ilə həyata keçirilməkdə davam edən quruculuq işləri həm rayonun, həm də ölkənin ictimaiyyəti tərəfindən kifayət qədər yüksək qiymətləndirilir. Təkcə ötən ilin iqtisadi yekunları ilə bağlı statistik göstəricilərə nəzər salsaq, Zaqatalada bütün sahələrdə dinamik inkişafın getdiyinin şahidi olarıq. Rayonda ümumilikdə 400 milyon manat məhsul istehsal edilib və xidmətlər göstərilib. Aqrar sahədə həyata keçirilən davamlı tədbirlər sayəsində Zaqatala rayonunda kənd təsərrüfatı məhsulları istehsalı əvvəlki illə müqayisədə 4 faiz artaraq 127 milyon 752 min manat olub. Hesabat ilində rayonun kənd təsərrüfatı üçün ənənəvi olan tütünçülük, baramaçılıq və fındıqçılığın inkişaf etdirilməsinə xüsusi diqqət yetirilib. Rayonda 1127-si daimi olmaqla 1207 yeni iş yeri açılıb.Tikinti-quraşdırma işlərinin həcmi 29 milyon 101 manat təşkil edib. 1264 yerlik tam orta məktəb, 250 yerlik 5 uşaq bağçası tikilib, 4 uşaq baxçasında bərpa işləri aparılıb, Uzun Qazmalar və Həytala kəndində iki modul tipli bina quraşdırılıb, iki tibb məntəqəsi tikilib, çoxlu sayda təhsil, səhiyyə, mədəniyyət və idman-sağlamlıq müəssisələri əsaslı təmir edilib, sel sularından mühafizə tədbirləri həyata keçirilib. Hesabat məruzəsində həmçinin rayonda ölkə əhəmiyyətli yolların təmir edildiyi, su təminatının yaxşılaşdırılması məqsədi ilə 61 ədəd subartezyan quyusunun qazıldığı, Lahıc, Bəhmətli və Kürdəmir kəndləri təbii qazla təmin edildiyi vurğulanıb. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması üçün rayonda 3 ədəd fərdi ev tikilib istifadəyə verilib. Rayonun iqtisadi inkişafı təcrübəli idarəçiliklə təmin olunub. Əlbəttə ki, Zaqatalanın iqtisadi inkişafı, sakinlərin rifah səviyyələrinin getdikcə artması ilk növbədə Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrası yönümündə həm özünə, həm də digərlərinə qarşı son dərəcə yüksək tələbkarlıq nümayiş etdirməsi, işə məsuliyyətlə yanaşması və ən əsası da həmin vəzifələrin icrasını bilavasitə rayon sakinləri ilə sıx əməkdaşlıqda, vəhdətdə həyata keçirə bilməsi ilə təmin olunur. Rayonda bütün iqtisadi potensial səfərbər olunmaqla tikinti, abadlıq, quruculuq, sosial həyat sahələrində qarşıya qoyulan vəzifələr layiqincə yerinə yetirilir. Məhz Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı cənab Mübariz Əhmədzadənin səmərəli idarəetmə təcrübəsi, onun ölkə rəhbərliyi tərəfindən müəyyən edimiş iqtisadi islahatlar kursunu uğurla həyata keçirmək bacarığı rayonun bütün sahələrində dinamik inkişafın getdikcə sürətlənməsini təmin edən əsas amillərdən biri kimi çıxış edir. Zaqatalada tikinti, quruculuq və abadlıq işlərinin həyata keçirilib. Yaradıcı insan, dövlətçiliyə sadiq məmur İcra Hakimiyyətinin başçısı Əhmədzadə Mübariz Cuma oğlu xarakterizə etmək üçün onun bir çox müsbət xüsusiyyətlərini, işgüzarlığını və peşəkarlığını, yüksək insani keyfiyyətlərini sadalamaq olar. Lakin məhz bu iki xüsusiyyət hər bir dövlət qulluqçusunun şəxsiyyətinin əsas meyar göstəriciləri kimi çıxış edə bilər. O cümlədən Mübariz müəllimin xalqa, dövlətə və ölkə rəhbərliyinə qarşı olan sədaqəti və loyallığı onun əmək fəaliyyətində olduğu müddət ərzində dəfələrlə ən ciddi sınaqlardan keçmişdir. İcra Hakimiyyətinin başçısı Əhmədzadə Mübariz Cuma oğlu barəsində danışarkən belə bir məqam da xüsusi olaraq qeyd olunmalıdır ki, onun rəhbərlik etdiyi rayonun inkişafına xidmət edən fəaliyyəti və peşəkarlığı eyni zamanda Zaqatala rayon sakinləri tərəfindən kifayət qədər yüksək qiymətləndirilir. Bu gün Zaqatalada gedən abadlıq-quruculuq işlərində, binaların təmir və bərpa olunmasında, onlara tarixi görkəmlərinin qaytarılmasında, park və xiyabanların tamamilə yenidən qurulmasında, gözəl istirahət zonalarının yaradılmasında və ümumiyyətlə bu səpkidə yeni işlər reallaşdırılmasında rayonun rəhbəri kimi, Mübariz müəllimin danılmaz xidmətləri vardır. İnanırıq ki, Mübariz Əhmədzadə bundan sonra da bütün bilik və bacarığı ilə, yüksək potensialı və peşəkar xüsusiyyətlərilə Zaqatalanın inkişafı və çiçəklənməsi işinə öz gözəl tövhələrini verməkdə davam edəcəkdir. Bu yolda Mübariz Əhmədzadəyə yeni-yeni uğurlar diləyirik.
Şahmar Zərdabi
скачать dle 12.1
Xəbər lenti