Eldar Yunusov xalqımızı təbrik etdi...

13-02-2021, 14:08
19 588
Eldar Yunusov xalqımızı təbrik etdi...

 

- Bakı şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusov Azərbaycan xalqını, Böyük Vətən müharibəsində çaldığı qələbə münasibəti ilə təbrik etdi.

 

Bildiyiniz kimi 1988 - ci ildə Erməni akademikləri SSSR - i Ali sovetində Qarabağın Azərbaycan Respublikasının tərkibindən çıxarılaraq Ermənistana verilməsinə etiraz edən Azərbaycan xalqı qarşısında dura bilməyən SSSR - i rəhbərliyi günü gündən böyüyən etirazın qarşısını almaq məqsədi ilə 1990 - cı il 20 - yanvar hadisələrini törətməyə məcbur oldu. Lakin xalqımızın iradəsi qarşısında aciz qaldılar. Belə ki, xalqımız öz şəhidlərinə sahib çıxaraq şəhidlərini şəhərin ən görkəmli yerində dəfn etdi. Məhs xalqımızın bu fədakarlığı qarşısında aciz qalan SSSR - i ordusu ölkəni tərk etmək məcburiyyətində qaldı. Beləliklə Azərbaycan bir dövlət kimi öz müstəqilliyini qanı və canı bahasına əldə etdi. Lakin həmin dönəmdə erməni separatçıların və erməni lobbisi dünya ölkələri sırasında Fransa kimi ermənipərəst ölkələrin dəstəyi ilə Azərbaycanın 20 faiz torpağını işğal etdi. BMT - nin 2 qətnaməsi əsasında işğal altında olan torpaqların Azərbaycan Respublikasının

Tərkib hissəsi olduğu beynəlxalq ölkələr tərəfindən qəbul edilmişdir. Lakin erməni separatçıları BMT - nin qətnamələrinə əməl etmədi. Məhz Ulu öndərimiz Heydər Əlirza oğlu Əliyevin uzaq görən siyasəti nəticəsində Azərbaycan atəşkəs əldə edərək 30 il ərzində hərbi və maddi olaraq güclənib lazım olan anda işğal altında olan torpaqlarımız azad edildi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız İlham Heydər oğlu Əliyev cənablarının siyasi iradəsi,xalqımızın bir yumuruq kimi Prezidentimizin ətrafında birləşməsi və rəşadətli ordumuzun fədakarlığı nəticəsində biz İşğal altında olan torpaqlarımızı azad etdik.  

Məndə bir ziyallı kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını təbrik edərək şəhidlərimizin ruhunun şad olmasını arzu edirəm.

 

Bizdə redaksiyamızın adından Bakı şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusova can sağlığı və işlərində müvəffəqiyyətlər arzu edirik...

скачать dle 12.1
Xəbər lenti