Şekspirlə bağlı bir-birindən MARAQLI 12 FAKT

11-06-2022, 13:01
17 333
Şekspirlə bağlı bir-birindən MARAQLI 12 FAKT

Dünya ədəbiyyatının klassiki, ingilis şairi, yazıçısı və aktyoru Uilyam Şekspirlə (1564 –1616) bağlı maraqlı faktları təqdim edirik:

1. Şekspirin atası Con 1550-ci illərdə Stradford qəsəbəsinə köçərkən fermerliklə məşğul idi. Qəsəbədə isə baqqallıqla (keçmişdə ərzaq malları satan dükançı) məşğul olmağa başlamış, ardınca bələdiyyə sədrliyinədək yüksəlmişdi.

Şekpirin anasına gəlincə, o, varlı bir ailənin qızı idi.

2. Şekspir ailənin üçüncü övladı idi və Stradford-on-Avondakı bu evdə doğulmuşdu:

Ailənin Şekspirdən başqa 7 uşağı da olub: Coan, Marqaret, Cilbert, Anna, yenə Coan, Riçard və Edmund.

3. Şekspir hələ 18 yaşında ikən (1582-ci ilin noyabrında) özündən 8 yaş böyük olan Anna ilə evlənmişdi. Toyları olanda Anna ondan 3 aylıq hamilə idi. Daha 6 ay keçdi və gənc ailənin Suzanna adlı ilk övladları doğuldu.

1585-ci ilin fevralında isə cütlüyün Hamnet ve Cudit adlı ekiz uşaqları doğuldu.

4. Əlyazmalardan çıxış edərək Şekspirin “Willm Shaksp”, “William Shakespe”, “Wm Shakspe”, “William Shakspere”, “Willm Shakspere” kimi müxtəlif imzalardan istifadə etdiyi məlumdur. Lakin bu imzalar arasında hazırda istifadə olunan “William Shakspeare” imzası yoxdur.

5. 1585 – 1592-ci illərdə Şekspirin nə işlə məşğul olduğu dəqiq məlum deyil. Kimi onun Lord Çembrleynsə məxsus “Men” adlı teatra rəhbərlik etdiyini və ya müəllimliklə məşğul olduğunu düşünür, kimi də hüquq təhsili aldığını iddia edir.

6. Onsuz da zəngin ailədə doğulan Şekspir bir yandan ticarətlə məşğul olaraq, o biri yandan isə qələmə aldığı və tamaşa qoyduğu səhnə səərləri sayəsində daha da varlanmışdı. Hətta bəzi qaynaqlarda onun sələmçiliyə də girişdiyi deyilir.

7. Deyilənə görə, özü də daxil olmaqla heç kim Şekspirin soyadını (Shakespeare) düzgün tələffüz edə bilirmiş. Hətta tədqiqatçılar onun soyadının nə az, nə çox, düz 80 fərqli deyiliş formasına malik olduğunu müəyyənləşdiriblər.

8. Şekspir həyatı boyu 38 əsər yazıb. Ən irihəcmli əsəri “Hamlet”dir. 1613-cü ildə, 49 yaşında qələmə aldığı “İkiəsilli qohum” isə son pyesidir.
9. Ən qısa əsəri 1770 sətirlik “Səhvlər komediyası”dır. Lakin əsərin tamaşası 4 saat çəkir.

11. Şekspirin günümüzədək heç bir nüsxəsi gəlib çatmayan iki əsəri vardır. Bunlar “Titled Lavour” ve ” Love’s Labour’s Won” adlı pyeslərdir. Bəzı ehtimallara görə, sonuncu əsər “Məhəbbətin bihudə cəhdi” (“Love’s Labour’s Lost”) pyesinin davamıdır. Başqa bir iddiaya görə isə bu, elə həmin pyesin digər adıdır.

12. Şekspir ingilis dilinə 3 mindən çox yeni söz və termin gətirmişdir. Üstəlik, hazırda nəinki İngiltərədə, bir çox başqa ölkələrdə də geniş istifadə olunan Oliviya, Miranda, Cessika kimi məşhur adların yaradıcısı da Şekspirdir.

скачать dle 12.1
Xəbər lenti