Əhalinin pul yığımı 16 ilin ən aşağı həddinə düşüb

11-06-2022, 13:08
17 426
Əhalinin pul yığımı 16 ilin ən aşağı həddinə düşüb

İqtisadçı Rövşən Ağayev

Azərbaycan rəsmi statistikasında çox ciddi məlumat qıtlığına baxmayaraq təhlillərdə az-çox güvənilə biləcək statistika milli hesablar bölməsidir
Məsələn, Azərbaycanda devalvasiyanın əhaliyə neqativ təsirlərini əks etdirən yeganə rəsmi mənbə milli hesablar oldu. Həmin statistika devalvasiya və postdevalvasiya mərhələsində ardıcıl 3 il (2015-2017-ci il) ev təsərürfatlarının qənaətinin mənfi olduğunu göstərdi. Qənaətin mənfi olması o demək idi ki, əhalinin cari gəlirləri xərclərini qarşılamayıb və insanlar ya borclanma, ya da əvvəlki illərin qənaətlərini əritməklə öz ehtiyaclarırını qarşılyıb – daha sadə desək büdcələrində yaranmış kəsirləri qapatmağa məcbur qalıblar.
3 il üzrə həmin kəsir 3 mlrd. manata yaxın olmuşdu -yəni əhali həmin 3 ildə qazanmadığı 3 mlrd. manatı qeyd olunan mənbələrdən cəlb etməklə xərcləmişdi.
İndi yeni açıqlanan statistika isə göstərir ki, postpandemiya dövrü əhali üçün çox ağır keçir. Ötən il əhalinin maliyyə yığımları son 16 illik tarixin ən aşağı həddinə düşüb – cəmi 600 mln. manat. Məsələn, 2012-ci ildə ən pik həddə bu rəqəm 8.7 mlrd. manat olmuşdu.
Təəssüf ki, Azərbaycanda yoxsulluq və gəlir bərabərsizliyi statistikası çox etibarsızdır. Əminəm ki, keyfiyyətli statistika olsa, 600 mln. manatlıq maliyyə yığımının da ən yüksək gəlirli 20% zəngin ev təsərrüfatlarına aid olduğunu göstərər. Xüsusilə də aşağıdakı 2 kvintil qrupa (40%) aid ev təsərrüfatlarının büdcələrinin yenə də böyük kəsirlə üzləşdiyini yüksək inflyasiya aydın göstərir.
Yeri gəlmişkən, iqtisadçılar Engel qanununu yaxşı bilir – yoxsulluq nə qədər yüksəkdirsə, əhalinin büdcəsində qida xərclərinin də payı o qədər yüksəkdir. Əgər Engel əmsalı 40%-ə qədərdirsə, ailə yoxsul hesab edilmir. 40%-dən yüksək artıq yoxsulluğa işarət edir, xüsusən 60% və daha yüksək ifrat yoxsulluq hesab edilir.
Yenə də milli hesablar statisitkasına görə, 2022-ci ilin ilk rübü Azərbaycanda Engel əmsalı son 8 ildə ən yüksək həddə çatıb – 56,5%.
2014-cü ildə bu göstərici 50%, 2021-də 54.5% olmuşdu.
Bu göstəricinin dinamikası da ölkədə yoxsulluğun artımını dolayı təsdiqləyən göstəricilərdən biridir.
Yüksək inflyasiya yoxsul qruplar üçün çox təhlükəli həddə çatıb. 2021-ci ildə əhalinin gəlirlərinin cəmi 2% artımı müqabillində xərcləri 12%-ə yaxın artıb

скачать dle 12.1
Xəbər lenti