Məktəbli formaları nə vaxt satışa çıxarılacaq? - Bakı Tikiş Evi AÇIQLADI

12-08-2022, 10:13
30 391
Məktəbli formaları nə vaxt satışa çıxarılacaq? - Bakı Tikiş Evi AÇIQLADI

Artıq yeni tədris ilinə az qalıb. Valideynlər də bu səbəbdən övladlarını yeni tədris iliniə hazırlaşdırırlar.

Nazirlər Kabineti mart ayında Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində təhsilalanların geyim formalarının təsvirlərini təsdiq edib. Qərar yeni tədris ilindən tətbiq ediləcək. Belə ki, təhsilalanların geyim forması qış və yay formalarından ibarətdir.

Bakı Tikiş Evinin (BTE) Satış şöbəsinin rəisi Etibar Əzimov bildirdi ki, məktəbli formalarının satışı avqust ayının 15-dən sonra həyata keçiriləcək.

Qiymətlərə gəlincə, Etibar Əzimovun sözlərinə görə, hazırda işlər davam edir. Buna görə də tam dəqiq qiymət müəyyən etmək olmur. Lakin qısa zamanda məlumat veriləcək.

скачать dle 12.1
Xəbər lenti