Fuad Hacı oğlu Hacıyevin rəhbərliyi ilə Azərbaycan İdmanı imkişaf edir...

12-08-2022, 10:47
45 863
Fuad Hacı oğlu Hacıyevin rəhbərliyi ilə Azərbaycan İdmanı imkişaf edir...

Əziz oxucular!

Azərbaycan müstəqilliyini əldə etdiyi gündən bu günə kimi,  1988 - ci ildə erməni daşnaklarının həyasızcasına ərazi iddiyalarını təmin edən xarici qüvvələr dindən və dindarlıqdan uzaq olan iki üzlü siyasətini görməzdən gəlib 30 - il böyunca bir milyondan cox vətəndaşlarımızın yaşamaq hüququnu itirərək, dədə baba torpaqlarından çıxıb qaçqın və köçkün həyatı sürməyə məcbur olur.

Ümum Milli Liderimiz,  Ulu öndər Heydər Əlirza oğlu Əliyev cənablarının uzaq görən siyasəti nəticəsində ölkəni parçalamaq istəyən daxili düşmənlərin, ölkə qanunları ilə cəzalandırılmasını təmin edərək, Beynəlxalq təşkilatların vasitəsi ilə ATƏT - in və BMT - nin erməni şovinistlərinin, azərbaycan torpaqlarını zəbt etməsi ilə bağlı qətnamələrin qəbul etməsinə nail olur. Qərnamələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozan terorçu qüvvələrin dərhal qeyri şərtsiz zəbt etdikləri əraziləri tər edilməsi haqda sərt bəyanatlarda öz əksini tapıb.

Azərbaycan Respublikasının dinamik inkişafını təmin edən Heydər Əliyev, Azərbaycan xalqının multi kultural dəyərlərə səmimi hörmətlə yanaşan millət kimi, heç bir dini dəyərlərə qiymət verməyən azğın qatillərin ədalətsizliyi ilə üz üzə qaldığını bütün dünyaya təqdim etdi.

Azərbaycan xalqının fəxri kimi, Ümum Milli Liderimiz Heydər Əliyev Əlirza oğlunun laiqli davamçısı və yadigari, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Heydər oğlu Əliyev  Azərbaycan iqtisadiyyatı ilə yanaşı bütün sahələrin inkişafına nail olur. Hərbi sahədə əldə edilən inkişafın nəticəsində Azərbaycanda beynəlxalq səviyyəli hərbiçilərin mövçudluğu dünya xalqlarını məhtəl qoyur. Belə ki, xalqımızın iradəsi ilə  rəşadərli ordumuzun şücaəri ilə, Ali Baş Komandan İlham Əliyevin beynəlxalq səviyəli diplomatiya sahəsində məharətli siyasi qabiliyyəti ilə Azərbaycan Respublikası işğal olunmuş əraziləri azad etməklə yanaşı xalqımızın nə dərəcədə hümanist olduğunuda məharətlə bütün dünyaya təqdim edildi. Ermənistanən dünən ki, hərbi mütdəfiqi bu gün azərbaycanın ənyaxın strateji hərbi mütdəfiqinə çevrildi. Hamı güclü və ağıllı xalqın yanında yer tutmaq istəyir məsəli ilə ermənistanın bir iki heç bir gücü və siyasi çəkisi olmayan qüvvələrin gümanına qaldı.

Azərbaycan xalqının beynəlxalq səviyyədə tanınmasını təmin edən sahələrdən birinində idman yarışmaları olduğu heç kimə sir deyil. Azərbaycan Respublikasının Dövlət bayrağını beynəlxalq yarış meydanlarında dalğalandıran vətənpərvər idmançılarımız, idmanın Azərbaycan bayrağını dünya xalqlarına göstərən ilk sahələrdən biri olub. Xalqımızın zəhmətkeşliyi və istedadı nəticəsində dövlətimizin atrebutları hər sahədə təqdim edilərək dünya xalqlarının rəfbətini qazanır. Ermənistan isə Azərbaycan ziyallıları tərəfindən blakada altında hər sahədə dala qalaraq əzilməyə məhkum edilir. Bu gündə Azərbaycan idmançıları əldə edtiyi nəaliyyətlərlə idman azərkeşlərinin məhəbbətini qazanır.

Azərbaycan hakimiyyətinin idman sahəsində göstərilən qayğı və diqqət sayəsində İdman sahəsində olan inkişaf idmançılarımıza stimol verir.

Azərbaycan idmanında olan bu inkişafınsəbəbkarlarından biridə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacı oğlu Hacıyevdir.

Fuad Hacı oğlu Hacıyev 27 - yanvar 1962 - ci ildə Qazax rayon Daş Salahlı kəndində anadan olub.

1979 - cu ildə 1 - nömrəli Qazax rayon Daş Salahlı kənd orta məktəbini bitirib. 1984 - cü ildə M. V. Lomonosov adına Odessa Yeyinti Sənayesi Texnologiyası İnstitutunun “Mühəndis - texnoloq” fakutəsini fərqlənmə diplomu ilə bitirib, 1994 - cü ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu, hazırkı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “politoloq” fakultəsini fərqlənmə diplomu ilə bitirərib, ali siyasi təhsil alıb.

İdmanla məşğul olduğu müddətdə karate üzrə yaşıl kəmərə layiq görülüb. Karate üzrə SSRİ - nin mükafatçısı olub. Sərbəst güləş üzrə bir sıra uğurlar qazanıb.

Fuad Hacı oğlu Hacıyev, ali təhsilini başa çatdırdıqdan sonra istehsalatda mühəndis - texnoloq işləyib.

Müstəqillik dövründə Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətində məsul vəzifələrdə işləyib. 90 - cı illərdə kommersiya ve sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 2006 - cı ildən, 23 - dekabr 2015 - ci ilə qədər, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin aparat rəhbəri vəzifəsində çalışıb.

Aparat rəhbəri işlədiyi müddətdə Bakıda keçirilən bir sıra mötəbər yarışların, xüsusən Avropa Oyunlarının təşkili işlərində xidmətləri olub.

23 - dekabr 2015 - ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən Fuad Hacı oğlu Hacıyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru təyin edilib. 

Gənclər və İdman Nazirliyinin Kollegiya üzvü, eləcə də Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvüdür.

2021 -ci ildə Avropa Ədalətli Oyunlar Hərəkatının münsiflər heyətinin üzvü seçilib.

Fuad Hacıyevin gənclərlə iş sahəsində səmərəli fəaliyyəti, bədən tərbiyəsi və idmanın inkişafında müstəsna xidmətləri olub. Fuad Hacıyevin bu xidmətləri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən nəzərə alınaraq, 2 - mart 2015-ci il tarixli Sərəncamı ilə gənclərlə iş sahəsində səmərəli fəaliyyətinə, bədən tərbiyəsi və idmanın inkişafında xidmətinə görə, 3-cü dərəcəli “Vətənə Xidmətə görə” ordeni ilə təltif olunub.

11 -fevral 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 90 - illiyi münasibətilə Azərbaycanda bədən tərbiyəsi və idman sahəsində kadr hazırlığındakı xidmətlərinə görə ”Şöhrət” ordeni ilə təltif olunub.

скачать dle 12.1
Xəbər lenti