Kürdəmir şəhər Bələdiyyə sədri Qədirov Nizami İsməli oğlu: Azərbaycanı işıqlı gələcəyə aparan yol…

23-08-2022, 10:52
40 487
Kürdəmir şəhər Bələdiyyə sədri Qədirov Nizami İsməli oğlu: Azərbaycanı işıqlı gələcəyə aparan yol…

15 - İyun təqvim bayramı tariximizin, sadəcəMilli Qurtuluş Günü deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür.

Ümummilli liderimiz Heydər Əliyev 1993 - cü il İyunun 15 - də yenidən hakimiyyətə qayıtması xalqımızın coxəsirlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu. Azərbaycanın tarixinə qızıl hərflərlə Milli Qurtuluş Günü kimi daxil olan 15 - İyun 1993 - cü ildən bizi 30 - illik zaman ayırır.

İllər bir - birini əvəzlədikcə hadisələrin mahiyyətini, onun bu günümüz və gələcəyimiz üçün əhəmiyyətini daha dərindən dərk edirik. Ulu öndər Heydər Əliyevin sözləri ilə desək, tariximizin hər bir səhifəsi bizim üçün əzizdir, ona hörmətlə, ehtiramla yanaşmalıyıq.

Müasir müstəqil Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə asan yolla çatmayıb. Müstəqillik əldə etdikdən sonra müxtəlif sosial-iqtisadi, siyasi problemlərlə üzləşən, vətəndaş müharibəsinin astanasında olan Azərbaycan, hətta öz müstəqilliyini itirmək təhlükəi ilə qarşılaşmışdı. Ölkə daxilində müxtəlif silahlı qruplaşmaların hakimiyyət və səlahiyyət savaşına çıxması həm siyası böhrana səbəb olmuş, həm də Azərbaycanı müxtəlif xarici kəşfiyyat orqanlarının mübarizə meydanına çevrilmişdi. 1991 - ci ildə müstəqillik əldə etdikdən sonra hakimiyyət postuna yiyələnən o zamankı rəhbərlik bu tarixi fürsəti saxlamaq iqtidarında deyildi.

Bunun da nəticəsi olaraq 1993 - cü ilin ortalarına doğru hakimiyyət böhranı getdikcə daha kəskin xarakter almışdı. Bu dövrdə hakimiyyətdə olan qüvvələr öz səriştəsiz əməlləri ilə Azərbaycanın müstəqilliyi üçün real təhlükə yaratdılar.

Xalqımızın ümummilli lideri Heydər Əliyev bu mərhələni belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin İyun ayında hakimiyyətə gəlmiş qüvvələr bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.

Həmin ərəfədə güclü siyasi liderin nüfuzuna söykənən mütəşəkkil siyasi qüvvələr lazım idi ki, Azərbaycanı düşdüyü mürəkkəb durumdan xilas etsin. Məhz bu lider zəngin dövlətçilik təcrübəsinə və dərin siyasi təfəkkürə malik olan Heydər Əliyev idi.

Tariximizə “Milli Qurtuluş Günü” kimi daxil olan 15 - İyun 1993 - cü il xalqın xilaskarı Heydər Əliyevin Ali Sovetin Sədri seçilməsi ilə Azərbaycanın siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu.

Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti cox əsirlik dövlətçilik tariximizdə mühüm yer tutur. Bu yaxınlarda anadan olmasının 92 - illiyini böyük qürur hissi ilə qeyd etdiyimiz Heydər Əliyev bütün həyatını Azərbaycan xalqının və dövlətçiliyimizin taleyi ilə bağlayan, yüksək insani kefiyyətlərə, dövləti idarə etmək bacarığına malik olan bənzərsiz və müqayisə edilməz şəxsiyyət idi. Ulu öndər xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında misilsiz rol oynayıb. Dahi rəhbərin hakimiyyətdə olduğu otuz ildən artıq bir dövr ərzində qazandığımız bütün nailiyyətlərin fövqündə məhz Heydər Əliyev fenomeni, qüdrətli və dühası, uzaqgörənliklə yürütdüyü siyasi kurs dayanıb.

    Bu gün möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi hərbi sahədə də böyük nailiyyətlər əldə etdiyi 44 – gün ərzində düşmənin dizini yerə qoyması ilə bütün dünyaya öz hərbi potensialını göstərdi.

Artıq Azərbaycanın inkişaf etmiş dövlətlərlə yanaşı adımlaması, dünyanın super güclü ölkələri tərəfindən Azərbaycan Respublikası ilə hərbi mütdəfiq olmaq arzuları göz qabağındadır.

Azərbaycanın inkişafına mane olan düşmən, məğlub olduğu gündən, Azərbaycan Respublikasının inkişafa doğru daha sürətlə addımlaması sadə vətəndaşlarında gündəlik həyat səviyəsinin daha yüksək olmasından görmək mümkündür. Xalqımızın rifahini və gələcəyini təmin edən Heydər Əliyev irsinin davamçısı və yadigarı İlham Əliyev, bu inkişafın təməlini qoyan Ulu Öndər Heydər Əliyev, xalqımızın ürəyində adları qızıl həriflərlə əbədi həkg olundu…

скачать dle 12.1
Xəbər lenti