Xankəndi-Ağdərə yolçuluğunun 43-cü günü: 44 gündən sonra tamam, ya davam?

23-01-2023, 17:35
4 810
Xankəndi-Ağdərə yolçuluğunun 43-cü günü: 44 gündən sonra tamam, ya davam?

43 gün keçdi. Açığı, bir çoxları bu qədər çəkəcəyini gözləmirdi. Başlanğıcda ermənilər və onların havadarları da ehtimal edirdilər ki, ya bir neçə günə etirazçılar yorulacaq, bezəcək, ya da Azərbaycan təzyiqlər qarşısında geri çəkiləcək və yenə də ekoloji terroru davam etdirəcəklər. 44 günlük İkinci Qarabağ müharibəsindəki kimi hesablamalarında yanıldılar… Və sabah – 24 yanvarda Laçın-Xankəndi yolundakı dinc etiraz aksiyasının 44-cü günü tamam olacaq!

tamam.jpg (150 KB)

Qısaca xatırlatma edək: hər şey ordan başladı ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparılması ilə bağlı razılıq əldə olundu. Ancaq sülhməramlıların komandanı 10 dekabr 2022-ci ildə əldə olunan razılığı kobud şəkildə pozaraq monitorinqin keçirilməsinə maneə yaratdı. Qarabağdakı separatçı ermənilər də Rusiya hərbi kontingentinin gizli təlimatına uyğun şəkildə monitorinq aparmağa gedən rəsmilərimizin qarşısını kəsdi və nəzərdə tutulan işlərin həyata keçirilməsi müşkülə çevrildi.

b0c73043-d523-4015-8615-9fed52b2b578.jpg (47 KB)

Təsəvvür edin, Ağdərədəki “Qızılbulaq” və “Dəmirli” mədənlərindən qızıl, mis, molibden “Base Metal” şirkəti tərəfindən qeyri-qanuni olaraq çıxarılır, Ermənistana daşınır, Qarabağdakı terrorçu rejimin silahlanmasına, mövcudluğuna sərf olunur – ildə azı 40 milyon dollaradək vəsait yönəldilməklə - üstəlik, Azərbaycan əraziləri çirkləndirilir, çaylar tullantılarla məhv edilir, ekologiyamıza qəsd olunur. Bütün bunlara ekoloqlarımız və digər təmsilçilərimiz yerindəcə baxış keçirmək istədikdə imkan yaradılmır. Hansı ki, 2020-ci ilin 10 noyabr bəyannaməsindən sonra Azərbaycanın Qarabağ bölgəsində bütün qanunsuzluqlara son verilməli idi və Rusiya bu öhdəliyin icrasına təminat vermişdi. Lakin Rusiyanın bölgədəki hərbi kontingenti Putinin imzası olan sənədin reallaşmasında əngələ çevrildi, nəinki terrorçuların Qarabağdan çıxarılmasına, hətta Ağdərədən çıxarılan sərvətlərimizlə bağlı monitorinqə belə imkan yaratmadı.

Bundan sonra Azərbaycanın qeyri-hökumət təşkilatları, ekoloqları və vətəndaş cəmiyyəti fəalları Rusiya sülhməramlılarının bu hərəkətinə, eyni zamanda ölkəmizin təbii resurslarının, xüsusilə qızıl və mis yataqlarının qanunsuz istismarına və talan olunmasına, həmçinin həmin ərazilərdə baş verən ekoloji terrora etiraz olaraq dinc aksiyaya başladılar. Fədakar insanlarımız o gündən ayaqdadırlar, Xankəndinin 12 km-liyində gecə-gündüz Azərbaycanın ədalətli mövqeyinin müdafiəsində ayıq-sayıq dayanıblar. Aksiya iştirakçılarının tələbi çox sadədir: Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına və talanmasına son qoyulsun!; bu ərazilərdə törədilən ekoloji terror dayandırılsın və həmin ərazilərin monitorinqinə şərait yaradılsın!

teror.jpg (173 KB)

Burada qeyri-adi nə var ki? Əslində, Azərbaycan dövləti ərazisindəki terrorçuların, canilərin cinayətkar fəaliyyətinin qarşısını almaqdan ötrü antiterror əməliyyatları keçirmək, ekoloji fəlakət törədənləri cəzalandırmaq üçün beynəlxalq hüquqa istinadən dərhal hərəkətə keçə bilər(di). Amma 30 illik işğal dönəmi də təsdiq edir ki, dövlətimiz məsələlərin dinc yolla çözülməsinə üstünlük verir. Yəni Azərbaycanla hədə dilində danışan erməni separatçılarına, terrorçu ünsürlərə, onların gizli və açıq himayədarlarına güzəşt edir. Dövlətimizin polisi və ordusu, komandos dəstələrimiz bir neçə günə bu məsələni həll edə, monitorinq qrupumuzun heç Şuşadan da yox, Suqovuşandan qısa məsafəni qət edib Ağdərədəki mədənlərdə yoxlama aparmasına şərait yarada bilərdi. Azərbaycan dövləti qan tökülməsini istəmir, deyir adam olun! Həm də deyir cəhənnəm olun, çıxın, gedin torpaqlarımızdan!

Bütün bunlara görə beynəlxalq təşkilatlar, dünyanın bir sıra ölkələri Azərbaycana təşəkkür etməkdənsə üstümüzə gəlirlər, biri qətnaməsi (AP) ilə, o biri hədə-təzyiqləri ilə Başqaları da özləri gəlirlər… Özü də hara? İrəvana! Məsələn, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistan səfəri ərəfəsində heç bir əsasa söykənməyən, yersiz həyəcanını boğa bilməyib. “Bir günlük görüşlər üçün İrəvana qayıdırıq. Laçın dəhlizi ətrafında vəziyyət ciddidir və təcili həll yolları tələb edir. Mən irəliyə doğru yollar axtaran müzakirələri səbirsizliklə gözləyirəm. Avropa İttifaqının məqsədi Ermənistan və Azərbaycan arasında münaqişənin hərtərəfli həlli olaraq qalır”, - Klaar bloqunda yazıb.

d6489345-2280-30bc-998d-1e754cd583f6_850.jpeg (67 KB)

Anormallıqdır! Laçın yolundan Ermənistana, yaxud Klaara nə? Hətta Nikol Paşinyan etiraf edir ki, Laçın yolunda baş verənlərə müdaxilə edə bilmirlər. Azərbaycanın daxilində olanlar İrəvanda niyə müzakirə olunmalıdır? Üstəlik də bu yol bağlı deyilsə... Bir azərbaycanlı Laçın yolundan Gorusa, oradan da üzü Şahbuzadək sərbəst keçib gedə bilərmi indiki şərtlər daxilində? Klaar bu suala cavab versin, sonra “Laçın dəhlizi ətrafında” vəziyyətin “ciddi”liyindən danışsın.

Əslində, Paşinyan hökuməti çox istərdi ki, Laçın yolu bağlansın, Qarabağdakı ermənilərdən canı birdəfəlik qurtarsın. Çünki əsgərləri üçün normal kazarma tikə bilməyən – Basarkeçərdə 15 əsgərin diri-diri yandığı tövlə-kazarma buna sübut – Ermənistan üçün Qarabağ separatçılarını yedirmək də əlavə yükdür. Ermənilər özləri də Laçın yolunun açıq olduğunu hər gün dünyaya yayırlar. Elə bu gün açıqlayıblar ki, 12 dekabrdan bəri Xankəndidən Ermənistana 46 xəstə aparılıb. Yəni nə xəstələr üçün, nə dinc sakinlər üçün, nə ərzaq, yaxud dərman məhsulları ilə bağlı yol heç vaxt qapalı olmayıb. Bu müddətdə Rusiya sülhməramlıları və Qırmızı Xaça məxsus 800-dən artıq yük və minik maşını hərəkət edib, yük daşıyıb! İndi Klaar niyə həyəcanlanıb? Həmçinin digərləri... Həyəcan doğuran xəbərlər o qədərdir ki... Məsələn, Ukrayna dəhşətləri, darmadağın edilən ərəb ölkələri, susuzluqdan, acından ölən afrikalı uşaqlar... Xankəndidə ermənilər kef-damaqda, dünyanın bəzi dairələri niyə narahatdır ki?

26b7bf03-d58a-352e-81e6-3c2ed03c5a55.jpg (532 KB)

Dinc aksiyanın keçirildiyi bu müddətdə bir erməninin burnu qanamayıb, hansısa insident olmayıb, keçən yük və minik maşınlarına yol kənarından bir daş atan da olmayıb. Elə isə niyə təşvişdədirlər ermənipərəstlər?! Hay-küy salıblar ki, Azərbaycan erməniləri “blokadada saxlayır”. Naxçıvanın 31 il ərzində blokadada qalmasından bir kəlmə danışmayanlar Qarabağ erməniləri üçün yasxana açıb. Budur, mərkəzi ofisi Kaliforniyada yerləşən “Hayastan” ümumerməni fondu təkcə yanvar ayı ərzində Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan Azərbaycan ərazilərində yaşayan ermənilərə 100 ton (!) ərzaq məhsulu göndərib. “Blokada” var idisə, bu ərzaqlar necə çatdırılıb?  

Azərbaycan ekofəallarının dinc aksiyası tarixi nəticələrə gətirib çıxaracaq, buna əminik. Artıq böyük uğurlar əldə olunub: Azərbaycan dövlətinin prinsipial mövqeyi ortada, beynəlxalq səviyyədə sözümüz və səsimiz öz təsirini sonda mütləq göstərəcək, hələ ki, bizi sınayırlar, təzyiqlə nəyəsə nail olacaqlarını düşünürlər. Amma vətəndaş cəmiyyətinin təmsilçiləri nümayiş etdirirlər ki, Azərbaycanda heç kim Qarabağın bir qarışını da güzəştə gedəsi deyil və orada yalnız Azərbaycan qanunları işləməlidir! Dövlətimizin də mövqeyi ortada: Qarabağda yaşamaq istəyən ermənilər Azərbaycan qanunlarına riayət etməlidirlər, yalnız o halda bütün vətəndaşlarımıza şamil olunan hüquqlardan bəhrələnəcəklər!   

caa93de8-705e-4e19-8abc-235539d2d1c1_850.jpg (217 KB)

Digər mühüm nəticələr:

Bu, 44 gün ərzində keçirilən dinc aksiya Qarabağ separatçıları arasında nifaq yaratdı.

Bu, 44 gün ərzində Ermənistanla Qarabağdakı rejim arasında dərin uçurum yarandı... Aksiyanın uğurlu nəticələri qarşıdadır!

Prezidenti İlham Əliyev də etirazçılarımızı dəstəkləyərək bildirib ki, bizim tələblərimiz tam ədalətlidir. Sitat: “Monitorinq, təftiş, qanunsuz istismarın dayandırılması tələb edilir və biz buna nail olacağıq. Ona görə Laçın-Xankəndi yolunda baş verən hadisələrə blokada demək, sadəcə olaraq, insafsızlıqdır”. Ən yüksək səviyyədə fəallarımızın aksiyasına dəstəyin verilməsi həm də o deməkdir ki, tələblərin yerinə yetirilməməsinin alternativi yoxdur!  

ilham.jpg (61 KB)

Azərbaycan Prezidenti Vətən müharibəsinin ilk günlərində “Şuşasız işimiz yarımçıq qalar” - demişdi. O zaman nə beynəlxalq birlik, nə də Ermənistan, həmçinin Qarabağdakı separatçı rejim bu xəbərdarlıqdan düzgün nəticə çıxara bildi. Nəticəsi onlar üçün dəhşətli oldu. İlham Əliyevin Xankəndi yolundakı etirazla bağlı xəbərdarlıq xarakterli fikirlərindən də nəticə çıxarılmayacaqsa, o halda...

Açıqlanmasa da, hədəfimiz Xankəndi, Ağdərə, Xocavənd, Əsgəran, Kərkicahandır! Azərbaycanın Şuşa-Xankəndi yolundakı dinc aksiyada qaldırılan bayrağı günün birində Xankəndinin baş meydanına aparılacaq, buna əminik!

8186effa-38ac-3c3e-aef7-1fd8c4973226.jpg (231 KB)

Xankəndi-Ağdərə yolçuluğunun 43-cü günündə ortaya sual çıxır: 44 gündən sonra tamam, ya davam? Bir çoxlarımızın fikri budur ki, artıq növbəti mərhələyə keçməyin vaxtıdır, yəni 44 gün yetər! Bundan sonra Laçın yolunda gömrük postu və sərhəd buraxılış məntəqəsinin qurulması ilə məsələyə nöqtə qoya bilərik. Ondan sonra daxildəki terrorçularla hesablaşmaq mərhələsi gələcək təbii ki... Amma bir məsələni də unutmayaq: “Nəyi nə zaman etməyi...” dövlət başçısı daha yaxşı bilir.

скачать dle 12.1
Xəbər lenti