Talıbovlara bağlı türkiyəli biznesmen Gürcüstanda əmlak imperiyasını necə qurub

24-01-2023, 14:53
4 291
Talıbovlara bağlı türkiyəli biznesmen Gürcüstanda əmlak imperiyasını necə qurub

Türkiyəli biznesmen Emin Uçar Azərbaycanın Naxçıvan eksklavında sərvət qazanıb. Yeni sənədlər və müsahibələr onun Naxçıvanı 27 il idarə etmiş Vasif Talıbovun ailəsinə bağlılığını, onun əlaltısı olduğunu üzə çıxarıb. Araşdırmanı Beynəlxalq Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması üzrə Jurnalistika Layihəsi (OCCRP) yayıb.

Araşdırmaya görə, Türkiyə vətəndaşı Uçar son illər Gürcüstanda 270 milyon dollarlıq biznes və mülkiyyət imperiyası qurub. Onun şirkətinin Fransanın Accor şirkətilə birgə idarə etdiyi üç otel də bu sıradadır.

скачать dle 12.1
Xəbər lenti