İranın XİN rəhbəri Azərbaycan səfirliyinə hücumla bağlı birgə araşdırma aparılmasını təklif edib

29-01-2023, 14:04
5 338
İranın XİN rəhbəri Azərbaycan səfirliyinə hücumla bağlı birgə araşdırma aparılmasını təklif edib

Yanvarın 27-də axşam İranın xarici işlər naziri Əmir Abdullahian Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, Bayramov Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktını qətiyyətlə pisləyib və terror aktını törədən şəxsin dərhal məsuliyyətə cəlb olunmasını, cinayətin təşkilində iştirak edən digər iştirakçıların aşkar edilərək cəzalandırılmasını tələb edib.

İranın xarici işlər naziri mərhumun ailəsinə, Azərbaycan rəhbərliyinə və xalqına başsağlığı verib. O qeyd edib ki, İranın müvafiq qurumları hadisəyə dərhal cavab verib və araşdırma aparılır.

İranlı nazirin sözlərinə görə, Azərbaycan səfirliyinin və əməkdaşlarının təhlükəsizliyi ən yüksək səviyyəyə qaldırılıb.

Saxlanılan şəxs isə ən yüksək cəzaya məruz qalacaq. Bundan başqa,  səfirliyin ərazisinə cavabdeh olan polis orqanının fəaliyyəti də araşdırılır”, – deyə Azərbaycan Xarici İşlər Nazirliyi bildirib.

Öz növbəsində İran Xarici İşlər Nazirliyi bildirib ki, Abdullahian bu insidentin ikitərəfli münasibətlərə mənfi təsir göstərməsinə imkan verməməyə  çağırıb.

Abdullahian iki ölkənin təhlükəsizlik orqanlarına insidentlə bağlı “bir-biri ilə sıx əməkdaşlıq şəraitində” birgə araşdırma aparmağı təklif edib.

Abdullahian, həmçinin Prezident Rəisinin Azərbaycan Prezidenti İlham Əliyevə, hökumətə, xalqa və mərhumun ailəsinə başsağlığı verib.

Eyni mənbənin məlumatına görə, Bayramov insidentlə bağlı iki ölkənin hüquq-mühafizə orqanlarının birgə araşdırması təklifini alqışlayıb.

скачать dle 12.1
Xəbər lenti