Polis rəisinin qardaşı ofisə basqın etməkdə suçlanır

4-02-2023, 10:52
5 072
Polis rəisinin qardaşı ofisə basqın etməkdə suçlanır

Bakının Nərimanov rayonu ərazisində yerləşən ofislərdən birinin sahibi Musa Allahverdiyev çoxsaylı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Dindirmə zamanı onun ofisə gələn iki nəfər tərəfindən döyüldüyü məlum olub.

Hadisə fevralın 2-də saat 23:00 radələrində baş verib. Araşdırma nəticəsində məlum olub ki, həmin vaxt ofisə gələn iki nəfərin kimliyi müəyyənləşdirilib və onlar tutulub.

Musa Allahverdiyevin aldığı xəsarətlərin dərəcəsini müəyyənləşdirmək üçün ekspertiza təyin edilib.

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, saxlanılan iki nəfərdən biri polis rəisinin qardaşıdır.

“Tutulanlardan biri – Samir Qarayevin qardaşı Seymur Qarayev Nizami rayonu, 24-cü polis bölməsinin rəisidir”, – mənbə bildirib.

скачать dle 12.1
Xəbər lenti